2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdunu ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və ömürlük həbsə məhkum edilən Dilqəm Əsgərovun Şuşa həbsxanasında gizlətdiyi əlyazmaları üzə çıxıb.
Dilqəm Əsgərov deyir ki, həmin kağızlarda əsir götürüldüyü gündən başlarına gətirilənləri, baş verən hadisələri yazıb.
Əsirlikdə həddən artıq zəifləyən, sağlamlığında ciddi problemlər yaranan Dilqəm Əsgərovun sağ qalacağına ümidi olmasa da, inanıb ki, Azərbaycan ordusu mütləq Qarabağı, Şuşanı işğaldan azad edəcək və həmin kağızlar tapılacaq.
Ətraflı videonu təqdim edirik:
Oxu24.com
ŞƏRHLƏR