Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56527
az

"Patı" əməliyyatında tutulan qız görün kim imiş  -  POLİSDƏN ƏMƏLİYYAT

17:2515 İyul, 2021
1033
REDAKTORUN SEÇİMİ
  • A

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 11 kiloqramdan artıq çəkidə müxtəlif növ narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb. 

Oxu24.com -un verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Fatimə Babayeva, Nicat Tağıyev və Alim Mirzəyev sonuncunun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Biləsuvar rayonu ərazisində saxlanılıblar. Keçirilən baxış zamanı Fatimə Babayevanın əlində olan idman çantasının içərisində ayrı-ayrı plastik qablarda 8 kiloqramdan artıq heroin, 2 kiloqram 70 qram tiryək, 1 kiloqram 100 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, 270 qram qurudulmuş marixuana, 1 ədəd bıçağa bənzər kəsici alət aşkarlanaraq götürülüb. 
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşından əldə edib və Bakıya gətirməklə satışını və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli imişlər. 
Saxlanılan Fatimə Babayeva deyir ki, ona “patı” veriləcəyini bilirmiş: “Mənə təklif eləyib. Biləsuvara gəlib, buradan külli miqdarda narkotik vasitə götürüb Bakı şəhərinə aparıb, orada yerbəyer eləmək üçün gəlmişəm. Heroin və “patı” olacağını mənə deyib. Razılaşıb, maşına oturub gəlmişəm”. 
Saxlanılan Nicat Tağıyev də məsələdən xəbərdar olub: “Mən, Alim, bir də Fatimə adlı bir xanım tanışımla gəlib Biləsuvar rayonuna, bizə “patı” adlı narkotik vasitə verəcəkdilər. Çatdıq deyilən yerə, düşdük Fatimə ilə maşından, malı götürdük, gedəndə polis əməkdaşları bizi tutdu”.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı