Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
55653
az

SON DƏQİQƏ! Dolların bahalaşması ilə bağlı açıqlama

21:0621 İyun, 2021
1702
REDAKTORUN SEÇİMİ
  • A

İnvestorlar FES-dən gözlənə biləcəyindən daha sərt siqnallar aldılar. 2023-cü ildə faiz dərəcələrinin artımını artıq FES-in 18 komitə üzvündən 13-ü gözləyir. Əvvəlki iclasda bu rəqəm 7-yə bərabər idi. Bundan başqa 11 nəfər 2 faiz artım gözləyir. Bu, FES-in faiz traektoriyasında birdən-birə bir qədər iri addımlarla addım atması anlamına gəlir. Ona görə də dollar bahalaşdı.

Oxu24.com xəbər  verir  ki, Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında “İnvestor” radio proqramının müəllifi Emin Quliyev deyib. O bildirib ki, bu bahalaşma müvəqqəti xarakter daşıyır:

“Bahalaşmaya təsir edən ikinci məsələ isə FES-in artıq aktivlərin alış proqramının həcminin azalmasını müzakirə etməyə başlamasıdır. Onlar bu addımı nə vaxt atacaqlarını isə növbəti iclasların birində açıqlayacaqlar.

Lakin hesab edirəm ki, dolların bahalaşması müvəqqəti xarakter daşıyır. Çünki biz inflyasiyanın sürətlənməsinə fikir versək, FES inflyasiyanı tam cilovlamaq üçün faiz dərəcəsini  o qədər də artıra bilməz.

Ən azından ona görə ki, onlar faiz dərəcələrini artıranda ABŞ-ın dövlət borcuna xidmət göstərməsi çətin olacaq. Bu isə büdcə defisiti ilə nəticələnəcək”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!
Azərbaycanda  müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü 

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü