Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54343
az

SON DƏQİQƏ! Sumqayıtda əməliyyat: Tutulan var

19:3522 May, 2021
839
REDAKTORUN SEÇİMİ
  • A

Sumqayıt şəhərində idarə etdiyi avtomobillə avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarına real qəza şəraiti yaradan, onların sağlamlığını təhlükə altında qoyan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Oxu24/com-a verilən məlumata görə, şəhər sakini Rüfət Sərxanov idarə etdiyi "Khazar LX" markalı minik maşını ilə davamlı olaraq Sumqayıt ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək, avtoxuliqanlıq hərəkətləri törədib.O, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşlarının saxla əmrinə tabe olmayaraq, hərəkətini davam etdirib. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində sürücünün saxlanılması təmin edilib.

Rüfət Sərxanov barəsində toplanan materiallar məhkəməyə göndərilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs qərarı verilib.Məhkəmənin qərarı ilə həmçinin R.Sərxanovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, sürücünün davamlı olaraq törətdiyi kobud qayda pozuntuları, bilərəkdən digər hərəkət iştirakçılarının yoluna çıxaraq avtomobil idarə etməsi ərazidə olan müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO