Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54317
az

Kəlbəcərdə müəmmalı şəkildə vəfat edən əsgərimiz görün kimdir - DETALLAR

23:0021 May, 2021
2437
REDAKTORUN SEÇİMİ
  • A

Müdafiə Nazirliyinin məlumatına görə, Kəlbəcər rayonu ərazisində əsgər Şükürov Elmir İlham oğlu qeyri-döyüş şəraitində vəfat edib. Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxu24.com  xəbər verir ki, Dominant.az-a Elmir Şükürovun yaxınlarının verdiyi məlumata görə, o, ötən ilin iyul ayında hərbi xidmətə çağırılıb.

Xüsusi təyinatlı qüvvələrin tərkibində hərbi xidmət keçən Elmir Şükürovu bu ilin mart ayında Şuşaya aparıblar. May ayında – “Xarıbülbül” festivalı keçirilən vaxtlarda da o, ailəsi ilə əlaqə saxlayıb, Şuşada olduğunu bildirib. Əsgərin ailəsi övladlarının hələ də Şuşada olduğunu zənn edirmiş. Lakin bu gün səhər onlara zəng edilib və övladlarının Kəlbəcər rayonu ərazisində – Murovda vurulduğu bildirilib. Hansı şəraitdə və necə vurulması barədə isə heç bir məlumat verilməyib.

Dominant.Az - Azərbaycan Ordusunun əsgəri Kəlbəcərdə vəfat edib

Elmir Şükürovun nəşi günortadan sonra doğulduğu Ağcabədi rayonunun Şahmallar kəndinə gətirilib, rayonun şəhidlər xiyabanında yox, kənd qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində rayonun rəsmi qurumlarından heç kim iştirak etməyib.

Ailəsinə mərhumun ancaq baş nahiyyəsi, üzü göstərilib. Bədəninə baxmağa icazə verilmədiyindən onlar övladlarının hansı nahiyyədən vurulduğunu bilməyiblər. Baş hissəsində heç bir güllə yarası olmayıb.

Elmir Şükürovun ailəsi övladlarının hansı şəraitdə öldüyünün açıqlanmamasına görə çox narahatdır.

Qeyd edək ki, iyun ayının 28-də Elmir Şükürovun 19 yaşı olacaqdı.

Elmir Şükürovun yaxın qohumu, Aprel döyüşlərinin iştirakçısı Vüsal Şükürov da 25 yaşını qeyd etməyə 5 gün qalmış Vətən müharibəsində şəhid olub. Şuşanın azadlıq günü – noyabrın 8-i 44 günlük Vətən müharibəsində sona qədər qəhrəmancasına döyüşən Vüsal Şükürovun şəhadət tarixinə çevrilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi