Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
53858
az

Azərbaycanda tükürpədici hadisə: Asılmış meyiti tapılan 18 yaşlı qız görün kimdir

18:1309 May, 2021
23242
REDAKTORUN SEÇİMİ
  • A

Göyçayda 18 yaşlı qızın qətlə yetirildiyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən boğularaq qətlə yetirilib.

Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığıtəcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.

Qeyd edək ki, Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı və Vüqar Bədəlovun bu səbəbdən qətl hadisəsinitörətdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Model Kəmalə Həsənova faciəvi şəkildə öldü - FOTO
Fərid  Bağırzadə nazir müavini təyin edildi
Gecə saatlarında tükürpədici hadisə:24 yaşlı Əhməd...

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı