Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
52422
az

SON DƏQİQƏ! Bakı ətrafında yaşayan şəxslərə şad xəbər: Aprelin 12-dən

16:3110 Aprel, 2021
4568
REDAKTORUN SEÇİMİ
  • A

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıətrafı qəsəbədən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) yeni marşrut xətti təşkil edib.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumatı BNA yayıb.

Bildirilir ki, Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri Koroğlu NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edilib.

Dəyişikliyə əsasən Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək.

Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) “Q1” adı altında yeni marşrut xətti təşkil edilir.

“BakuBus” MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar.

Q1 xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq. Dəyişikliklər aprelin 12-dən tətbiq ediləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naibə  Quliyevanın meyiti tapılıb
Meyiti tapılan qadın görün kimdir
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO