Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47777
az

Tarix müəllimi olacaqdı,özü Şuşada tarixə düşdü  -  Bir şəhidin taleyi

18:4730 Yanvar, 2021
3870
REDAKTORUN SEÇİMİ
  • A

"Tarix müəllimi işləyə bilməsəm də, tarix yazdım". APA TV xəbər verir ki, bu sözlər məktəbə işə qəbul olunan, şəhid Elgün Quliyevin son sözləridir.

Şamaxının Göylər kənd sakini, Sumqayıt Dövlət Universitetinin məzunu olan 28 yaşlı Elgün Quliyev Qarabağda hərbi əməliyyatlar başlamadan bir müddət əvvəl müəllimlərin işə qəbulu imtahanına qatılıb, yüksək balla Lerik rayonunun Sors kəndinə təyinat alıb. Lakin ona tarix müəllimi kimi işləmək qismət olmayıb. Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə gedib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Şamaxıda dünyaya göz açan Elgün Quliyevin elmə, təhsilə böyük marağı olub. Məktəbi əla qiymətlərlə bitirib. Eyni zamanda dinimizə də çox bağlı olub, mükəmməl Quran təhsili alıb. Şəki İslam Kollecinin tələbəsi olan Elgün gözəl səsə malik Quran hafizi olduğu üçün bir çox mərasimlərdə, hətta Bakıda İslam Konfransı Təşkilatının tədbirində, eləcə də işğaldan azad edilən rayonlarda azan səsləndirib. Arzusu isə tarixçi olmaq, Azərbaycanın şanlı tarixini şagirdlərinə tədris etmək idi. Sevdiyi ixtisası tədris edə, şagirdlərinə tarixi öyrədə bilməsə də, səngərdə öz qanı ilə tarix yazdı, silinməz bir salnaməyə imza atdı.

Elgün  ali məktəbi uğurla başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Onun hərbi xidməti düşmənlə üzbəüz təmas xəttində, Füzuli rayonunda keçib. O, insanların qəlbində daim haqq yolu tutan, mülayim və xoşrəftar bir gənc kimi iz qoyub.

Üç bacının yeganə qardaşı idi Elgün. Aprel döyüşləri zamanı da könüllü olaraq hərbi komissarlığa müraciət etmiş və ordu sıralarına qatılmaq istədiyini bildirmişdi. Lakin adına çağırış gəlmədiyindən, onu cəbhəyə aparmamışdılar. İkinci Qarabağ müharibəsi başlayanda Elgün israrla döyüşlərə qatılmaq üçün müraciət edib. Nəhayət, istəyinə çatıb. Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, müharibənin sonuncu günündə isə şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atası Vasif Quliyev Elgünün 8-ci sinfinədək Şamaxıda, sonra isə İsmayıllıda oxuduğunu deyir: “O, Şəkidə dini təhsil aldıqdan sonra Sumqayıt Dövlət Universitetində oxuyub. Sonra hərbi xidmətə yollandı. Hərbi xidmətdən qayıdandan sonra Bakıda işlədi. O, 2016-cı ildə aprel döyüşləri və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı hərbi komissarlığa gedərək könüllü döyüşə getmək üçün yazılıb. Müharibə başlayanda sentyabrın 28-də yenə komissarlığa gedərək könüllü yazılıb. Mənim də qardaşım olmayıb. Elgün mənim həm qardaşım, həm də oğlum idi. O, sonuncu dəfə anası ilə noyabrın 5-də danışıb. Noyabrın 9-da Şuşa ilə Xankəndi arasındakı ərazidə döyüşdə şəhid olub".

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verib
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ!
Azərbaycanda  müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü 

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü