Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47157
az

Azərbaycanda tükürpədici hadisə: Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayandı - VİDEO+FOTOLAR

22:1522 Yanvar, 2021
1917
REDAKTORUN SEÇİMİ
  • A

“Oğlunun gəlişi münasibətilə şirniyyatlar bişirmişdi. Ancaq qismət olmadı, öz yasında süfrəyə qoyuldu”

Oxu24.com  xəbər  verir  ki, Nurlan Quliyev 1998-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olub. O, Vətən müharibəsi iştirakçısıdır. Hadrut, Xocavənd, Şuşa və Laçın uğrunda döyüşüb. Bir neçə gün əvvəl - yanvarın 14-də tərxis olunaraq evinə qayıdıb.
Ancaq Nurlan digər qalib əsgərlər kimi qələbə sevincini ailəsi ilə birlikdə yaşaya bilməyib. 3 aydan sonra evə qayıdan könüllü əsgər onu qucaqlayıb bağrına basan anası Əfqanə xanımı itirib.

Nəcibə Babayeva Azvision.az -a bildirib ki, bacısı Əfqanə Quliyeva 46 yaşında dünyasını dəyişib. O, 3 aydan çox idi ki, döyüşə gedən oğlunun yolunu gözləyirdi.

Ailə üzvləri, qohumlar, kənd sakinləri ona təskinlik versələr də, övlad həsrətini heç nə ilə ovuda bilmirdilər. Oğlunun evə qayıtdığı gün həyəcandan yerə-göyə sığmayan ana Nurlanı bağrına basdıqdan bir neçə dəqiqə sonra ürək tutmasından dünyasını dəyişib.

 

 

 

Nəcibə Babayeva: “Bir gün qabaq bacımgilə gəldim ki, Nurlanı birgə qarşılayaq. Həm də Əfqanəni sakitləşdirmək istəyirdim. Üç ay yarım idi ki, bala həsrəti çəkirdi, çox darıxırdı. Övladı ilə bir gün əlaqə kəsilən kimi özünə yer tapmırdı. Deyirdi, bircə səsini eşidim ki, sağdır. Yanvarın 14-ü həyəcanlı idi, əlində “Qurani Kərim” evdə gəzişirdi. Axşam oğlunu təntənə ilə qarşılayıb gətirdilər. Balasını öpüb bağrına basdı. Birdən bacımın halının dəyişdiyini, boğulduğunu gördüm. Qışqırdım ki, təcili yardım çağırın. Bir saat sonra təcili yardım gəldi, ancaq heç nə edə bilmədilər. Əfqanə artıq keçinmişdi. Bizim anamız yox idi, o,mənim sirdaşımı idi. Mən həm də dostumu itirdim”.

 

Elnarə Quliyeva ailənin qız övladıdır. Onun sözlərinə görə, anasının ölümü hər kəsi sarsıdıb:

“Biz ailədə iki uşaq olmuşuq. Mənim 25 yaşım var, ailəliyəm. Anamla qardaşım bir-birilərinə çox bağlı idilər. Qayıdan kimi onu evləndirmək istəyirdi, arzuları çox idi. İndi hər kəs şok vəziyyətindədir, vəfatı hamını sarsıtdı. Qardaşım da özünü bağışlamır, ancaq onun günahı yoxdur.

Bronxial astma xəstəliyi var idi, amma bu vaxta qədər hər hansı ürək problemi və ya ağrısı olmayıb. Çox nigaran idi, deyirdi, “təki balam gəlsin, mənə nə olur olsun”. Atam anamı təsəlli edirdi, qoruyurdu, bir dəqiqə tək qoymurdu”.

Ailənin yaxın qohumu Lətif Quliyev əmisi gəlininin vaxtsız ölümündən kədərləndiyini bildirib:

“Bu, ana sevgisindən irəli gələn bir məsələdir. Namazı, duası ilə balasını ölümdən qorudu, amma özü şəhid oldu. Bizim ailənin gözündə Əfqanə xanım bir şəhiddir. Ananın balaya olan sevgisi bu cür nəticələndi. Oğlunun gəlişi münasibəti ilə şirniyyatlar bişirmişdi. Deyirdi, hamıya paylayacaq. Ancaq qismət olmadı, öz yasında süfrəyə qoyuldu”.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amil Xəlil onlara səsləndi: "Bir günlük abır-həyalı geyinsəniz..."
DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi
Bu tarixdə qar yağacaq - Sinoptiklərdən XƏBƏRDARLIQ


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı