Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47029
az

DİN-dən sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ

14:1221 Yanvar, 2021
1306
  • A

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edərək xəbərdarlıq edib.

DİN Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır:

“Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

 

Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

 

Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik.

 

İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri fəaliyyət göstərir”.

 

Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından "Facebook", “İnstagram”, "Twitter", "Youtube" və “Telegram” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər:

 

Facebook - (//www.facebook.com/polisazerbaycan/)

İnstagram – (//www.instagram.com/polisazerbaycan/)

Youtube - (//www.youtube.com/polisazerbaycan )

Twitter - (//twitter.com/polisazerbaycan)

Telegram – (//t.me/polisazerbaycan )

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!