Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46813
az

Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü - FOTO

20:0018 Yanvar, 2021
20333
REDAKTORUN SEÇİMİ
  • A

İki gün öncə tərxis olunan əsgər dəm qazından boğularaq vəfat edib.
 
Oxu24.com -un  verdiyi xəbərə görə, 22 yaşlı Pənahlı Teymur Emil oğlu yanvarın 15-də xidmət etdiyi Laçın rayonundan tərxis edilib.

O birbaşa ata evinə, Bakı şəhəri Hövsan qəsəbəsinə gəlib. Yanvarın 17-si gecə saatlarında isə çimmək üçün hamama gedib, bir müddət ondan xəbər çıxmadığını görən ailə üzvləri onu çağırıb və cavab almayıblar. Daha sonra T.Pənahlının dəm qazından boğularaq öldüyü məlum olub.

T.Pənahlı bu gün hərbi komissarlığa gedərək hərbi biletinə möhür vurdurmalı və mükafatlandırıldığı medalları almalı imiş.

O, Vətən Müharibəsində hərbi ixtisasına uyğun olaraq snayper kimi xidmət edib. Füzuli, Hadrut, Şuşa və Laçın uğrunda döyüşlərdə iştirak edib. Onun böyük qardaşı sərhəd xidmətinin zabiti, kiçik qardaşı isə yeniyetmədir.

T.Pənahlı bu gün Hövsan qəsəbəsində dəfn edilib. (Qafqazinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
Rəisinin öldüyü qəzanın yeni detalları – Məşhur rus generallar SİRLƏRİ AÇIR