Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46685
az

Sürücülər yanacağı dəyişir - Qiymətdə yarıbayarı fərq var

10:1617 Yanvar, 2021
1112
REDAKTORUN SEÇİMİ
  • A

10 manatlıq qazla sürücülər 200-250 km yol qət edə bildikləri halda, eyni model avtomobillə sürücülər benzin və ya dizellə ən yaxşı halda 100-150 km yol qət edə bilirlər. Məhz bu hal ölkəmizdə qaz avadanlıqlarına marağı kəskin şəkildə artırıb.

Ustaların sözlərinə görə, sürücüləri ən çox narahat edən məqam isə bu halın mühərrikə ziyan vurma ehtimalıdır ki, hazırkı avadanlıqlarla belə bir narahatlığa da əsas yoxdur.

Üstəlik, müasir avadanlıqlarla təhlükəsizlik də təmin edilir.

Benzin və dizelin qiymətinin artmasından sonra ölkəmizdə avtomobillərə qaz avadanlığı quraşdıranların sayı kəskin şəkildə artıb.

Bunun əsas səbəbi isə həm metan, həm də maye qazın qiymətinin dizel və benzindən ucuz olmasıdır. Xüsusilə də metan qazına, başqa sözlə CNG qazına maraq çoxalıb.

Sürücülər deyirlər ki, bir kubu 45 qəpikdən satılan metan qazı ilə büdcələrini əhəmiyyətli dərəcədə qənaət edə bilirlər.

Hazırda sürücüləri ən çox düşündürən məqam isə təhlükəsizlik məsələsidir ki, ustaların sözlərinə görə, əgər keyfiyyətli avdanlıqla və əsl mütəxəssislər tərəfindən iş görülərsə hər hansı problem ola bilməz. Üstəlik, bu avadanlıqlar mühərrikə də ziyan vurmur.


Avtomobilə qaz avadanlığının quraşdırılması qiyməti isə bir neçə amilə əsasən müəyyən edilir.

Bu avadanlıq quraşdırılan avtomobillərə 2 il zəmanət verilir və bu avtomabillərə hər 10 min km-dən bir texniki qulluq edilməlidir. Qeyd edək ki, hazırda ölkəmizdə maye qazın bir litri 65 qəpikdən, CNG qazın bir kubu isə 45 qəpikdən satılır. Üstəlik, dövlət neft şirkətindən ötən il verilən açıqlamaya görə, CNG qaz ölkəmizdə istehsal edildiyindən yaxın illərdə onun qiymətində artım gözlənmir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO