Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44839
az

Azərbaycanın tutduğu erməni kimdir? - ŞOK  DETALLAR

17:5222 Dekabr, 2020
5495
REDAKTORUN SEÇİMİ
  • A

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib. 

Oxu24.com -un  məlumatına görə, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib. Lüdviq Mkrtçyanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.

APA-nın əldə etdiyi məlumata görə, Lüdviq Mkrtçyan Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda Azərbaycan Ordusu bir qrup erməni hərbçini əsir götürüb. Həmin əsirlərin içərisində Lüdviq Mkrtçyan da olub.

İstintaq tərəfindən dindirilən Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib. Hətta Birinci Qarabağ müharibəsində erməni əsirliyində olmuş və qaytarılmış bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb.

Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naibə  Quliyevanın meyiti tapılıb
Meyiti tapılan qadın görün kimdir
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO