Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44495
az

Qazi Elçinlə bağlı XOŞ XƏBƏR: "Qəlpə ürəkdə deyil, şübhələr arxada qaldı"

07:2618 Dekabr, 2020
505
REDAKTORUN SEÇİMİ
  • A
Vətən müharibəsinin fəal iştirakçılarından olan Elçin Səmədovun döyüş yolu çox ağır olub. O, Qarabağ torpaqlarının erməni yaraqlılarından təmizlənməsi uğrunda döyüşlərdə qəlpə yarası alıb. Oxu24.com xəbər verir ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında kardiologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Səməd Səmədli onun müalicəsinin gedişi haqqında deyib: “Əvvəlcə aparılan rentgen müayinəsi nəticəsində ürəyində qəlpə yarası olduğu barədə şübhə var idi. Elçin stasionar müalicəyə cəlb edilərək üzərində təkrar tomoqrafik, ağciyər rentgeni və digər müayinələr aparıldı və bundan sonra qəlpənin ürək nahiyəsində deyil, onurğaətrafı əzələlərdə olduğu aşkarlanıb. Yaranın ürəkdə olmadığı bizi çox sevindirdi və intensiv müalicələrə başladıq Əsgərimizin ətraflarında da iki kiçik qəlpə var, onlardan biri Elçinin dodağında, digəri sol qabırğasındadır. Plastik cərrahlar dodaqda olan qəlpəni əməliyyat nəticəsində xaric edəcəklər, digər qəlpə isə yaxın günlərdə çıxarılacaq. Onun nevroloji-psixoloji problemləri də var və yaxın günlərdə həmin problemlərin də aradan qaldırılması üçün tədbirlər görüləcək. Artıq xəstənin vəziyyəti ilə əlaqədar bütün şübhə və narahatlıqlar arxada qalıb və hər şey yaxşılığa doğrudur”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı