Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42674
az

Bu şəxslər 5 000 manatadək cərimələnəcək - Yanvarın 1-dən...

14:5626 Noyabr, 2020
927
REDAKTORUN SEÇİMİ
  • A
Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Sfera.az xəbər verir ki, dəyişikliyə əsasən, Məcəlləyə yeni 275.4 və 275.5-ci maddələr əlavə olunub. Dəyişikliklə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə ediləcək. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimə ediləcək. Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif edilib. Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib. PAYLAŞ Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE 14:44 / 26.11.2020380 Ermənistanın yeni müdafiə naziri kimdir? - DOSYE Maraqlı Ermənistan hökumətində çoxsaylı istefalar fonunda müdafiə naziri David Tonoyanın istefası və Vaqarşak Arutyunyanın bu vəzifəyə təyin olunması bir qədər diqqətdən kənarda qalıb. Sfera.az xəbər verir ki, Vaqarşak Arutyunyan (1956-cı ildə anadan olub) 1978-ci ildə Bakıda S.Kirov adına Ali Hərbi Dənizçilik Məktəbini bitirib. Hərbi Dəniz Akademiyasını (1991-ci il) və RF SQ Baş Qərargah Akademiyasını (1998-ci il) bitirib. 1999-2000-ci illərdə artıq Ermənistanın müdafiə naziri idi, lakin 27 oktyabr 1999-cu ildə parlamentdə törədilmiş terror aktından sonra vəzifəsindən azad edilmişdi. Bəzi məlumatlara görə, o vaxtkı prezident Robert Köçəryanın etimadını itirmişdi. Ermənistanın siyasi elitası o zaman (elə indi də) hesab edirdi ki, parlamentdə 8 deputatın, o cümlədən baş nazir və parlamentin spikerinin ölümü ilə nəticələnən terror aktı Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin işidir. Terror aktı günlərində çoxları tərəfindən Arutyunyanın davranışı Azərbaycanla Qarabağa dair sülh sazişinin imzalanmasını pozmaq üçün hərbçilərin hakimiyyəti ələ keçirməyə və Köçəryanı kənarlaşdırmağa hazır olması kimi qiymətləndirilmişdi. Ermənistan rəhbərliyi müdafiə nazirinin hərəkətlərini Moskvanın iradəsinin icraçısı kimi qiymətləndirib. Vəzifədən uzaqlaşdırılandan sonra Arutyunyan siyasətə qoşulub və Köçəryan hökumətini tənqid etməyə başlayıb. 2002-ci ildə münaqişə apogeyə çatıb və Arutyunyan general-leytenant hərbi rütbəsindən məhrum edilib. Sonrakı illərdə o, faktiki olaraq təqaüddə olub. Lakin 2019-cu ildə çoxları üçün gözlənilmədən Nikol Paşinyan onu əsas məsləhətçi təyin edib və rütbəsini bərpa edib. Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasından və Tonoyanın istefasından sonra Arutyunyan yenidən müdafiə naziri postunu tutub. Azərbaycanın hərbi ekspertlərinin qiymətləndirmələrinə görə, Arutyunyanın zabit kimi səviyyəsi ortadan aşağıdır və o, Tonoyandan zəifdir. Eyni zamanda, Arutyunyanı 100% Rusiyanın adamı hesab etmək lazımdır. Bu, təkcə onun hər zaman Rusiyada xidmət etməsilə deyil, bütövlükdə siyasi oriyentasiyası ilə bağlıdır.-02B (Turan) PAYLAŞ Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA 14:38 / 26.11.2020517 Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA Cəmiyyət Ermənistana verilən 10 günlük əlavə möhlət bitdiyi andan- noyabrın 25-dən Azərbaycan Ordusu iki istiqamətdən Kəlbəcərə daxil oldu. Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, əsgərlərimiz hərbi texnika ilə birlikdə Daşkəsən və Göygöl istiqamətindən Kəlbəcər ərazisinə girib. Amma Kəlbəcərlə həmsərhəd olan Ağdərə istiqamətindən giriş daha rahat olduğu halda, bu yolun istifadə edilməməsi mübahisələrə səbəb olub. Sfera.az xəbər verir ki, bu barədə danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, hansı istiqamətdən hansı qüvvələrin daxil olması planlı şəkildə ordu rəhbərliyi tərəfindən müəyyənləşdirilib: "Biz bilmirik, burada hansı amillər daha böyük rol oynayır. Murovdağdan oraya yol daha yaxındır, nəinki Ağdərə istiqamətindən. Ola bilər ki, orada olan hərbi hissələr o istiqamətdədir, yaxın olduğu üçün oranı seçiblər. Hər hansı bir tapşırığı yerinə yetirərkən oraya təsir edən optimal bir variant axtarılır. Ağdərə yolundansa, Daşkəsən və Göygöl tərəfindən Murovdağ silsiləsinə gedən yol daha əlverişli sayılır. Ağdərə istiqamətində yerləşən hərbi hissələr Kəlbəcərə getməli olsaydı, o yolu seçərdilər. Bizim əvvəlki təmas xəttindən Kəlbəcərə 30-40 km yol var. Ağdərə yolu seçilsəydi, 200 km yol getməli idik”. (modern.az) PAYLAŞ Manaf Ağayev tənqidlərə cavab verdi: "Dövlət özü bilir, kimi müharibəyə aparmaq lazımdır" 14:34 / 26.11.2020498 Manaf Ağayev tənqidlərə cavab verdi: Cəmiyyət "Elə bil Füzuli tək mənimlə bağlıdır, məndən başqa adam yoxdur". Sfera.az bildirir ki, bu sözləri müğənni Manaf Ağayev "İnstagram" hesabında həmkarı Afət Fərmanqızı ilə birgə canlı yayım edərkən bildirib. O qeyd edib ki, yaxın qohumları döyüşdə iştirak edib: "Bu, söz deyil, bu, öyrədilmiş şeylərdir. Ağılları, başları yoxdur. Dövlət özü bilir, kimi aparmaq lazımdır, kimi yox. Nə fərqi var, mənim bacım oğlu, qardaşım oğlu döyüşüb. Onlar da mənimkilərdi də... Görüm onların "duxu" çatar "böyüklər"ə desin, övladınız niyə getmir?! Deyirlər, Əflatun Qubadovun oğlu könüllü gedib. Mən deyə bilmərəm, Allah canın sağ eləsin. Gedib, lap yaxşı. Demək, məsləhət imiş aparıblar. Babəklə İlkin özlərin öldürürdülər, yalvarırdılar, "aparın", aparmadılar. Kamil Zeynallı kimi oğlanı buraxmadılar. Baxmayaraq ki, idmançıdı, ona döyüşmək yaraşır. Onu belə qoymadılar". (baku.ws) PAYLAŞ Milli Məclisin Fransaya qarşı bəyanatının TAM MƏTNİ 14:29 / 26.11.2020497 Milli Məclisin Fransaya qarşı bəyanatının TAM MƏTNİ Siyasət Milli Məclisin bugünkü plenar iclasında qıbul olunmuş bəyanatın tam mətni yayılıb. Sfera.az bəyanatı təqdim edir. Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir: Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988–1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan "dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulmuşdur; Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir; Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır; Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır; Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur; Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir; Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir; Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur; Ermənistan silahlı qüvvələri 1992–1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər; Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin "nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir; Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırım cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir; 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır; Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir. Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir: Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin; Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın; Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün. PAYLAŞ © 2012-2020 Sfera.az Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması tələb olunur. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi