Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42253
az

Şoyqu və Lavrov nə üçün Ermənistana getdi? - MARAQLI DETALLAR - AÇIQLAMA

13:1421 Noyabr, 2020
6709
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

Bu müzakirələri dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə Metbuat.az-a özəl olaraq bildirdi ki, Lavrov və Şoyqunun bu ölkəyə göndərməsi daxili siyasi böhranın hakimiyyət dəyişməsinin qarşısının alınmasına hesablanıb.


''Ermənistanda siyasi böhran dərinləşməsi mövcud hakimiyyətin dəyişməsinə gətirə bilər. Bu da Qarabağla bağlı durumu və razılaşmanın pozulmasının reallaşmasına səbəb ola bilər. Moskva bu məsələdən narahatdir. Ona görə də Putin dünənki açıqlamada Ermenistana ciddi mesajlar verdi.

Ölkə daxilində siyasi qüvvələri nəzarətdə saxlamaq və Paşinyanın Qarabağla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Sergey Şoyqu və Lavrov Ermənistan siyasi -hərbi rəhbərliyi ilə görüşlər keçirərək mövcud durumun stabilləşməsi üçün tapşırıqlar verəcək.

Ölkədə yeni siyasi böhran Qərbin burada güclənməsini diqtə etdiyindən Moskva çalışır ki, indiki vəziyyəti nəzarətdə saxlasın''.

Qeyd edək ki, Rusiyanın Müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib ki,Rusiyanın Prezident Vladimir Putin tərəfindən qarşıya qoyduğu əsas vəzifəsi Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almaqdır. Sülhün bərqərar olması üçün çox iş görülməlidir.

O bildirib ki, bu vəzifəni şübhəsiz həyata keçirmək niyyətindədirlər.

“Bundan əlavə, sülhməramlılarımızın həyatı və fəaliyyəti ilə bağlı bir sıra məsələləri, təbii olaraq həm hərbi, həm də hərbi-texniki sahədə əməkdaşlığımızı müzakirə etmək niyyətindəyik. Böyük bir proqramla gəldik və onun həyata keçirilməsinə ümid edirik", - deyə Şoyquya bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Naibə  Quliyevanın meyiti tapılıb
Meyiti tapılan qadın görün kimdir
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO