Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39570
az

DİQQƏT! Müdafiə Nazirliyi əhaliyə müraciət edir

11:4503 Oktyabr, 2020
998
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycan Ordusu dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin təchizatı, təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində fəaliyyətlər bu gün də davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə,  son günlər Azərbaycan Ordusunun ön xətt bölmələrinə müxtəlif növ yardımların edilməsi ilə bağlı xeyli sayda müraciət daxil olur:  

"Müdafiə Nazirliyi Ordumuza göstərilən diqqət və qayğıya görə xalqımıza dərin minnətdarlığını bildirir. Hazırda Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin olunub və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir.

Eyni zamanda bildiririk ki, ayrı-ayrı vətəndaşlarımız, təşkilat və müəssisələr Müdafiə Nazirliyinə müraciət etmədən birbaşa hərbi hissələrə gedir və müxtəlif növ yardımlar aparırlar. Bu da bəzi hallarda pərakəndəliyə, şəxsi heyətə çatdırılan ərzaq məhsullarının xarab olmasına və israfçılığa səbəb olur. Ərzaq məhsullarının qida təhlükəsizliyi nəzarətindən keçmədən şəxsi heyətə verilməsi isə hərbi qulluqçuların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu sahədə fəaliyyətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə Müdafiə Nazirliyində aşağıda əlaqə nömrələri qeyd edilən müvəqqəti qaynar xətt fəaliyyət göstərir:

+994 (012) 406-85-43

+994 (070) 946-51-11

+994 (055) 294-15-30".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ