Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38773
az

Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

13:1510 Sentyabr, 2020
437
REDAKTORUN SEÇİMİ
  • A

“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

O, Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasının tərəfdarıyam. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçırlar? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa, bunu plakata yazıb həmin əraziyə vursunlar. Vətəndaş da bilsin ki, burada 5, 10 dəqiqə durmaq olmaz.

Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-nın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər