Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38530
az

Şok xəbər: Dollar kəskin ucuzlaşır

21:4903 Sentyabr, 2020
3320
REDAKTORUN SEÇİMİ
  • A
Gələn il ABŞ dolları avroya qarşı 36 faiz ucuzlaşaraq on ildən artıq əvvəlki vəziyyətə qayıdacaq". Oxu24.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə “A.G.Biset Associates” valyuta və sərmayə tədqiqatları şirkətinin baş direktoru Ulf Lindahl bildirib. Son 27 ayın ən aşağı səviyyəsində olan, bu ilin pik nöqtəsindəkinə nisbətən əsas tərəf müqabillərinə qarşı 11 faizədək ucuzlaşan ABŞ dollarının çox böyük hərəkətinin başlanğıcda olduğu, nəticədə bir çox sərmayədarların öz vəsaitlərini ABŞ qiymətli kağızlarında saxlamaqdan daşına biləcəyi qeyd olunub. Əmtəə Fyuçersləri Ticarət Komissiyasına görə hedc fondlarının dollara qarşı mərcləri son on illik müddətin ən yüksək səviyyəsinə çatıb. Hazırda “Bank of Amerika”nın “Global Research” qrupundakı fond menecerlərinin 36 faizi ilin ikinci yarısında əsas valyuta satışları üçün dolların yerini ixtisar ediblər. Sərmayədarların bir çoxunun qənaətincə, ABŞ-dakı iqtisadi tənəzzül, faiz dərəcələrinin azalması, pandemiyanın fəsadlarına qarşı tətbiq edilən müxtəlif yardım və dəstək proqramları nəticəsində büdcə kəsirinin artacağı ehtimalları üzündən dollar daha da ucuzlaşacaq. Bəzi ekspertlərə görə dolların məzənnəsi hazırda həqiqi həddən 10 faiz yuxarı saxlanılır. Bununla belə Nyu-Yorkda yerləşən “BlackRock” qlobal sərmayə şirkətinin baş sərmayə direktoru Rik Rayderə görə dünya ticarətinin hələ də ABŞ valyutasına çox bağlı olması dolların daha da tənəzzülə yuvarlanmasının qarşısını alacaq. Report Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda gecə saatlarında dəhşətli anlar:Tutulan və yarlı var
Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
Rəisi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb