Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38091
az

“Lotu Quli”nin qatili onun videosunu “Qara Qafur”un qohumuna niyə göndərib? — YENİ TƏFƏRRÜAT

21:3924 Avqust, 2020
626
REDAKTORUN SEÇİMİ
  • A
Türkiyənin Antalya şəhərində oteldə “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (“Xan Bakinski”) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib. “Azadlıq” radiosunun özbək xidmətinin məlumatına görə, Türkiyə polisi Xaqan Zeynalovun mobil telefonunu müsadirə etdikdən sonra bu faktı üzə çıxarıb. Xəbər verildiyi kimi, Xaqan Zeynalov “Lotu Quli”ni qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən “Lotu Quli” telefonla danışa-danışa dəhlizlə gedir, “Xan Bakinski” isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, “Lotu Quli”nin arxasındadır və hədəfi haqlayıb. Bildirilir ki, “Xan Bakinski”nin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var. Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, “Qara Qafur” ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur. Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb. Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə “Lotu Quli”nin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb. Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosuna deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli vor” statusunu daşıyan, “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında “Lotu Quli”yə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara “mübahisəli situasiyalarda” hücum etməklə “qanuni oğruların” şərəf kodeksini pozmuşdu... (Virtualaz.org) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecələr tərləyirsizsə, səbəbi bu XƏSTƏLİK ola bilər!
SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı
Azərbaycan elminə ağır itki baş verib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Oğuzda əl qumbaraları və sursat aşkarlandı