Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36166
az

Azərbaycanda daha bir qadağa tətbiq ediləcək

15:1723 İyul, 2020
767
REDAKTORUN SEÇİMİ
  • A

31 iyul və 1 avqust tarixlərində Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bu il bayram pandemiya və xüsusi karantin dövrünə təsadüf edir. Belə bir vəziyyətdə qurban kəsmə mərasiminin necə təşkil edilməsi sual doğurur.

Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, qurban kəsimi üçün karantin qaydalarına riayət olunacaq xüsusi yerlər ayrılacaq:

"Tövsiyə edirik, hamı ora müraciət etsin. Epidemoloji durumun pisləşməməsi üçün camaat namazları da təxirə salınacaq. İnsanların bir araya gələrək bu ayinləri icra etməsi yolverilməzdir. Hər kəs evində tək və ya ailəsi ilə bayram namazı qılar, daha sonra isə canlı yayımda bayram xütbələrini dinləyə bilər".

H.Şahin adətə görə nişanlı qızlara qurbanlıq qoyun aparılmasından və pandemiya şəraitindən bunun nə dərəcədə düzgün olmasından da danışıb:

"Yeni qurulan ailələr bir-birinə qurban payı aparır, onlar da öz növbəsində fəqir qonşularına yardım edirlər. Ailənin təməlləri xeyriyyəçiliklə başlayır. Bu adəti davam etdirmək olar, sadəcə qurban aparmaqla kifayətlənmək lazımdır. Bu il təhlükəli şəraitdə xüsusi yığıncaq və məclislər keçirmək məqsədəuyğun deyil. Yeni ailə adından camaata ət yardımı paylamaq, onların xeyir-duasını qazanmaq yetərlidir. Qurban aparmaq adı ilə evlərdə yığıncaqların keçirilməsinə yol vermək olmaz. Bu, ilk növbədə dini qaydaların pozulmasıdır. Qurani-Kərimdə buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Buna görə də insanlarımız qaydalara əməl etməlidirlər".(axar.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi