Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34283
az

DİQQƏT! Koronavirusla bağlı yeni fakt ortaya çıxdı: \"Xəstələnmədən öncə...\"

11:3301 İyul, 2020
509
  • A

Koronavirus xəstələri pisləşməzdən əvvəl 'özümü yaxşı hiss edirəm' deyirlər

Oxu24.com  metbuat.az-a istinadən xəbər verir ki, koronavirusdan çox sayda öldüyü ABŞ-da həkimlər tədricən xəstəliyin mərhələlərini araşdırmağa başlayıblar. Həkimlər bildirirlər ki, xəstələr vəziyyətləri ağırlaşmadan öncə özlərini bir müddət yaxşı hiss edirlər. 

Yəni Covid-19 diaqnozu qoyulmuş insanların vəziyyətlərinin qəflətən pisləşməsindən əvvəl simptomlarda fasilə yaranır. Xəstələr yüngül öskürək, baş ağrısı və çox da yüksək olmayan qızdırmadan şikayət edirlər.
Yeni Orleandakı Tulane Tibb Mərkəzində iyirmi korona virus xəstəsini müalicə edən ağciyər xəstəlikləri və reanimasiya həkimi Joshua Denson xəstəliyin ilk mərhələsini "yavaş yanma" adlandırıb.

Bazar günü NBC-yə açıqlama verən həkim Denson deyib ki, "Xəstələr bu siptomlar ilə sağalmadan və ya əslində xəstələnmədən təxminən bir həftə keçirirlər."
"Görünür, bədənin bu virusa qarşı mübarizə apardığı bir mərhələ var"

Həkimlərin dediyinə görə, qocalar və xroniki xəstələr risk altındadırlar.Koronavirusdan kritik xəstələrin əksəriyyəti piylənmə, yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkir
Bununla birlikdə, həkimlər bir çox xroniki xəstəlikləri olmayan gəncləri də narahat olmağa xəbərdar etdilər. Yaşından asılı olmayaraq hər kəs virusa yoluxmamaq üçün rəsmi xəbərdarlıqlara riayət etməlidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lirə görün neçəyə oldu - MƏZƏNNƏ
DİQQƏTLİ OLUN! Bu məlumatı verən şəxsə 2000 manat mükafat veriləcək (VİDEO)

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı