Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
26146
az

Mərkəzi Bank manatın devalvasiyası barədə qərar verəcək - EKSPERT

16:2510 Mart, 2020
570
REDAKTORUN SEÇİMİ
  • A

"Neft Fondunun büdcəsi ili təxminən 5 milyard dollar civarında kəsirlə başa vuracaq”.


Sfera.az-a açıqlamasında bu sözləri neftin qiymətinin ucuzlaşaraq, 35 ABŞ dollarına qədər düşməsi fonunda Azərbaycanı nələrin gözləyə biləcəyinə aydınlıq gətirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:


"Azərbaycanda icmal büdcə ətrafında problemlərin yaşanması gözlənilir. Bildiyiniz kimi, Dövlət Neft Fondunun (DNF) büdcəsi ayrıca təsdiqlənir. Onun da büdcəsi icmal büdcəyə daxildir. Büdcədə isə neftin qiyməti ortalama 55 dollardan götürülüb.Ona görə də yaranmış situasiyada icmal büdcədə problemlərin yaşanması ehtimalı daha böyükdür. Neftin qiyməti 40 dollar səviyyəsində olacaqsa, Neft Fondunun büdcəsi ili təxminən 5 milyard dollar civarında kəsirlə başa vuracaq”.

 

Ancaq ekspert büdcənin xərcləmə hissəsində ciddi problemin olacağını düşünmür:

 

"Çünki Neft Fondundan büdcəyə nəzərdə tutulan transferlər olacaq. Belədə büdcə öhdəliklərinin yerinə yetirilməsində problem olmayacaq. 40 dollar civarında Ümumi Daxili Məhsulun (ÜDM) azalması da gözlənilir. Xarici ticarətdə isə mənfi saldo yaranacaq, idxal ixracı üstələyəcək. Ölkəyə gələn valyutanın həcmi azalacaq. Valyutaya olan tələbatın artımı fonunda manata basqılar artacaq. Ola bilər, yaxın həftələrdə Mərkəzi Bank manatın az da olsa devalvasiyası barədə qərar versin. Ümumilikdə, neftin kəsin ucuzlaşması Azərbaycanın reytinqinə, gəlirlilik səviyyəsinə, valyuta ehtiyatlarına mənfi təsir göstərəcək amilə çevriləcək. Çünki büdcə kəsirlə işləsə, Neft Fondu əvvəl yığdığı vəsaitdən 3 milyard dollara yaxınını xərcləməli olacaq. Bu da DNF-nin valyuta ehtiyatlarının azalması demək olacaq”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
23 yaşlı tələbə vəfat etdi