Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
25392
az

Bu ölkə bizə viza verməyi dayandırdı - Azərbaycanı koronavirus ölkəsi elan etdilər

11:3728 Fevral, 2020
591
REDAKTORUN SEÇİMİ
  • A

Səudiyyə Ərəbistan Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizasının verilməsini müvəqqəti olaraq dayandırıb.

Bu barədə "Xabar 24" Səudiyyə Ərəbistan Krallığının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, vizanın verilməsinin dayandırılmasına səbəb koronavirusunun yayılması təhlükəsidir.

Siyahıda Azərbaycandan başqa, Qazaxıstan, Özbəkistan, İtaliya, Yaponiya, Çin, İran, Koreya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Somali, Vyetnam, Livan, Suriya, Yəmən ölkələri də yer alıb. Bəyanatda bu ölkələr koronavirusun yoluxma təhlükəsinin daha çox olduğu ərazilər kimi qeyd edilib.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistan Məkkədə Ümrə ziyarətini dayandırıb. Həcc ziyarətinin də dayandırıla biləcəyi istisna edilmir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzadan sonra hadisə yerində qaçan naməlum adam… – ŞOK VİDEO 
Helikopter qəzasından sonra bir saat sağ qalan kim olub…
Qarabağ Universitetinə rektor təyin edildi - SƏRƏNCAM

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO