Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
21270
az

Bakıda sərfəli qiymətə – BAYRAM YARMARKALARI AÇILIB – ÜNVANLAR

08:4123 Dekabr, 2019
387
REDAKTORUN SEÇİMİ
  • A
Dekabrın 21-dən etibarən Bakıda “Kənddən Şəhərə” Qış yarmarkaları fəaliyyətə başlayıb. Oxu24.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək. Qış yarmarkası paytaxtın Nərimanov, Binəqədi, Yasamal və Suraxanı rayonları, eləcə də Abşeron rayonu ərazisində 5 fərqli nöqtədə keçirilir. Qeyd edək ki, paytaxt sakinlərinin “Kənddən Şəhərə” yarmarkalarına olan marağını nəzərə alan təşkilatçı qurum yarmarkanın keçirildiyi ünvanların sayını artırıb. “Kənddən Şəhərə” yarmarkasının ənənəvi ünvanları sırasına bu dəfə Suraxanı rayonu da əlavə edilib. Nazirliyin məlumatına görə, qış yarmarkasının təşkilində əsas məqsəd bayram ərəfəsində yarana biləcək süni qiymət artımının qarşısını almaq, aztəminatlı ailələrin və ümumilikdə şəhər əhalisinin kənd təsərrüfatı və qida məhsullarına artan tələbatını təbii məhsullarla dolğun şəkildə qarşılamaq, eləcə də yerli fermerlər üçün alternativ satış kanalı yaratmaqdır. “Kənddən Şəhərə” Qış yarmarkasında bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir. Bayram yarmarkası həftsonu yarmarkalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, “Kənddən Şəhərə” Qış yarmarkası çərçivəsində məhsul satışı ilə yanaşı, müxtəlif tədbirlər də həyata keçiriləcək, yarmarka ərazisində xüsusi qidalanma guşələri fəaliyyət göstərəcək. Bundan başqa, yarmarkalarda uşaqlar üçün əyləncə və yaradıcılıq guşələri də hazırlanıb. Eləcə də yarmarkalar Yeni il bayramı ab-havasına uyğun bəzədilib. “Kənddən Şəhərə” Qış yarmarkası aşağıdakı ünvanlarda təşkil olunur: Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi (Space TV-nin yanı) Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı) Nərimanov rayonu, Gənclik metrostansiyasının yanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 41A Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev və Etibar Bəkirli küçələrinin kəsişməsi (Neftçilər parkının yanı) Yarmarkalarda məhsullar bu qiymətlərdən başlayaraq satılır: Kartof – 0.55 azn Soğan – 0.45 azn Alma – 0.25 azn Armud – 0.70 azn Heyva – 0.50 azn Feyxoa – 0.50 azn Nar – 0.90 azn Xurma – 0.60 azn Kələm – 0.35 azn Xiyar – 0.80 azn Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində mütəmadi olaraq həftəsonu və tematik yarmarkalar təşkil olunur. Qış yarmarkası kimi tematik yarmarkaların təşkili bundan sonra da davam etdiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO
Müdafiə Nazirliyi açıqlama yaydı: 30 yaşınadək hərbi vəzifəlilər mayın 13-dən...

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər