Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir.
Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bununla bağlı Xidmət tərəfindən sarı xəbərdarlıq verilib.
"Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək", - deyə məlumatda qeyd edilib.
Oxu24.com
ŞƏRHLƏR