Hacıqabulda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var.
Hadisə Bakı-Qazax magistralının rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Kamaz” markalı yük maşını anidən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nətisəsində Bakı şəhər sakini 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Digər Bakı sakinləri – 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu, 1954-cü il təvəllüdlü Məmmədova Firuzə Əsəd qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
F. Məmmədovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
General itkin Rasimlə bağlı atasına nə deyibmiş? - ŞOK DETALLAR
Oxu24.com
ŞƏRHLƏR