Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Bakının Nərimanov rayonunda, “Metro Park”ın önündə 24 yaşlı Tural Kosayev başından güllələnərək qətlə yetirilib.
T.Kosayevi güllələyən 21 yaşlı İsmayıl Allahverdiyevin yaxalanması ilə bağlı görüntülər yayılıb.
Oxu24.com xəbər verir ki, Citypost.az İ.Allahverdiyev haqqında bəzi məlumatlar əldə edib.
Qətli törədən şəxs hərbiçidir. O, Qarabağdakı N saylı hərbi hissələrin birində xidmət edirmiş. İ.Allahverdiyev Qazax rayonunun Daş Salahlı kəndində yaşayırmış. O, Bakıya mərhum T. Musayevi öldürmək məqsədi ilə gəlib.
Oxu24.com
ŞƏRHLƏR