Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110331
az

Pensiya və minimum əməkhaqqı artırılacaq? - AÇIQLAMA

16:5829 May, 2024
121
REDAKTORUN SEÇİMİ
  • A

“Böyük ehtimalla 2024-cü ildə minimum pensiya və minimum əməkhaqqının artırılması istiqamətində qərarlar qəbul edilməyəcək. Fikrimcə, hələlik bu istiqamətdə addımın atılması gözlənilən deyil. Amma 2025-ci ildə sosial müavinətlərə, təqaüdlərə yenidən baxılacaq. Eyni zamanda minimum əməkhaqqı da artırılacaq”.

 

Oxu24.com  bakupost.az-a istinadla bildirir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov söyləyib.

 

O qeyd edib ki, gələn ildən saatlıq minimum əməkhaqqına keçidin tətbiq olunması ehtimalı böyükdür:

 

“Saatlıq minimum əməkhaqqına keçid vətəndaşlar və işəgötürənlər üçün manevr imkanlarını genişləndirə bilər. Əməyin daha dolğun qiymətləndirilməsi ilə diskriminativ məqam və formaların aradan qalxması mümkün olar. Hər bir şəxs işlədiyi saatlara uyğun əməkhaqqı ilə mükafatlandırılar”.

 

İqtisadçı əlavə edib ki, hər il qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyalar indeksləşdirilir:

 

“Minimum pensiyanın həddinin artırılması ehtimalı isə 2025-ci il üçün daha yüksəkdir”. /Bakupost.az 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heyvanları incidənlərə bəd xəbər
Azərbaycan elminə ağır itki baş verib
"Mehriban Qaralovanı Zakir Qaralova bağlamaq absurddur" - Şəmsi Vəfadar

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var