Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105957
az

Azərbaycanda bu şəxslər bütün avtobuslardan PULSUZ istifadə edə bilər - RƏSMİ

23:4410 Aprel, 2024
641
REDAKTORUN SEÇİMİ
  • A

Bu gün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində qonşu ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub.

Oxu24.com   xəbər verir ki, qardaş Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub.

Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı? Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etdik.

Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur:

"Bununla yanaşı, yaşayış ünvanının 100 metrə məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.

Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.

Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqala) pulsuz istifadə edə bilərlər.

Bununla yanaşı, “Polis haqqında” Qanuna əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.

Bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...
Rubl görün neçəyə oldu - MƏZƏNNƏ
Bu videoya baxmadan MARKET QATIĞI ALMAYIN! - Səbəbləri

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA