Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105072
az

Azərbaycan bu ölkə ilə quru sərhədi açdı

17:0529 Mart, 2024
133
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanın quru sərhədləri 4 ildən artıqdır ki, bağlı olsa da bu qadağa Rusiya vətəndaşlarına aid deyil.

 

OXU24.COM  xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, sözügedən dövlətin vətəndaşları ölkə ərazisinə piyada və ya avtomobillə daxil ola və ya Azərbaycanı rahat tərk edə bilirlər.

 

Bu barədə qərar Ümumdünya Səhiyyə Xidmətinin pandemiya dövrünün bitdiyini elan etməsindən sonra verilib. Bu məlumatı Dövlət Sərhəd Xidmətindəki mənbə də təsdiq edib.

 

Bildirilir ki, bu, dövlətlərin müvafiq qurumları ilə əldə olunan razılaşma ilə bağlıdır.

 

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə koronavirus infeksiyası təhlükəsinə görə Azərbaycanın quru sərhədlərinin bağlanması qərarının müddəti növbəti dəfə iyul ayına qədər uzadılıb.

 

Baş nazir parlamentdə deputatların suallarına cavab verərəkən “qərar mənim tərəfimdən verilib” desə də onun gerçək səbəblərini açıqlamaqdan imtina edib.

 

Onu da xatırladaq ki, qüvvədə olan qadağaya görə Azərbaycan vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar ölkə ərazisinə yalnız təyyarə vasitəsi ilə gələ və ya gedə bilərlər.

 

Ölkədə təyyarə biletlərinin əlçatmaz olması isə vətəndaşları çıxılmaz duruma salıb.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşət yaşandı: Ana uşağın ölümünə səbəb oldu
Model Kəmalə Həsənova faciəvi şəkildə öldü - FOTO
Fərid  Bağırzadə nazir müavini təyin edildi

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO