Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105026
az

"Crocus City Hall" da terror törədənlərin YENİ VİDEOSU

19:3928 Mart, 2024
110
REDAKTORUN SEÇİMİ
  • A

İnternetdə Crocus City Hallda terror aktı törətməkdə şübhəli bilinən şəxslərin ünvanlarında aparılan istintaq hərəkətlərinin videoları yayılıb.

 

Oxu24.com  xəbər  verir  ki,  görüntü   Telegram kanalı 112 tərəfindən yayımlanıb.

 

Videodan  məlum   olur ki, müstəntiqlər Dmitrovskoye şossesində yerləşən yataqxanada və Putilkovoda saxlanılanlardan birinin evində işləyirlər.

 

Bundan əvvəl Rusiya İstintaq Komitəsi “Krokus”da terror aktını maliyyələşdirməkdə şübhəli bilinən şəxsin saxlanıldığını elan edib.

Martın 22-də axşam saatlarında Krasnoqorskdakı Crocus City Hall konsert zalında terror aktı baş verib. Müstəntiqlərin fikrincə, Piknik qrupunun çıxışından əvvəl avtomatlarla silahlanmış 4 nəfər ziyarətçilərə atəş açıb, daha sonra hücumu konsert məkanının daxilində davam etdirib.

Musiqili tədbirin keçirilməsi planlaşdırılan konsert zalının tamamilə yanması da daxil olmaqla, binada güclü yanğın da baş verib. İstintaq Komitəsinin məlumatına görə, cinayətkarlar bu məqsədlər üçün benzindən istifadə ediblər.

Martın 23-də səhər saatlarında Bryansk vilayətində terror aktında şübhəli bilinən 4 nəfər saxlanılıb. Martın 24-ü axşam saatlarında onlar tutularaq mayın 22-dək istintaq təcridxanasına göndərilib. Martın 25-i günorta saatlarında terror aktından sonra qaçmaq üçün istifadə edilən ağ rəngli “Renault” markalı avtomobilin satışı ilə bağlı iş üzrə daha üç müttəhim həbs edilib.

 

 

 

 

Nigar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü