Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105000
az

Qurban Qurbanovla Elvin Cəfərquliyev arasında GƏRGİNLİK

16:1428 Mart, 2024
95
REDAKTORUN SEÇİMİ
  • A

UEFA “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.

Buna 23 yaşlı cinah müdafiəçisinin Bakıda “Braqa”ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi səbəb olub.

O. Bakıda “Bayer”ə qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) meydana çıxıb. Bu o deməkdir ki, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək.

Gundem.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Leverkuzendəki matçda da qırmızı vərəqə alıb. Başqa sözlə, o, avrokuboklarda ən azı 2 oyunu buraxacaq.

Diskvalifikasiyanın dəqiq neçə qarşılaşmaya sirayət edəcəyi UEFA İntizam Komitəsinin növbəti iclasından sonra müəyyənləşəcək.

Məlum olduğu kimi, Azərbaycan millisi Bakıda “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla üz-üzə gəlib.

“Tofiq Bəhramov”da baş tutan oyunu estoniyalı hakimlər idarə ediblər. Tərəflər meydanı məhsuldar heç-heçə ilə tərk ediblər – 1:1.

Elvin Cəfərquliyev burada da diqqət mərkəzinə düşüb. Müdafiəçi matçın ikinci hissəsində estoniyalı referi Kristo Tovherin ünvanına təhqiramiz ifadələr işlədib.

Sarı kart alan Elvin fitnal fitindən sonra da dilini dinc saxlamayıb. O, paltardəyişmə otağına yollanarkən, üzünü yenə hakimlərə tərəf tutaraq «kotostrofa» ifadəsini işlədib.

Cəfərquliyevin bu hərəkətləri birmənalı qarşılanmayıb. Son vaxtlar davamlı hal alan aqressivliyi Qurban Qurbanovu da hiddətləndirib.

«Qarabağ»ın baş məşqçisi bundan dolayı oyunçusuna sərt üzünü göstərib. Təcrübəli mütəxəssisin bundan dolayı Elvini böyük miqdarda cərimələməsinə dair məlumat almışıq.

Əldə etdiyimiz informasiyaya görə, Qurbanov Cəfərquliyevə xəbərdarlıq edib, bildirib ki, o, bu kimi neqativ davranışına son qoymalıdır, çünki başqalarına pis örnəkdir.

Özünə çəki-düzən verməsə, əsas heyətdəki yerini itirəcək. (sportinfo)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşət yaşandı: Ana uşağın ölümünə səbəb oldu
Model Kəmalə Həsənova faciəvi şəkildə öldü - FOTO
Fərid  Bağırzadə nazir müavini təyin edildi

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü