Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104358
az

SON DƏQİQƏ! Vulkanla bağlı xəbərdarlıq edildi

11:5114 Mart, 2024
138
REDAKTORUN SEÇİMİ
  • A
Şamaxı rayonunun Məlikçobanlı kəndindəki “Məlikçobanlı” palçıq vulkanı seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşdiyindən təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bu barədə Oxu24.com-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildirilib. Qeyd edilib ki, RSXM palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində “Məlikçobanlı” palçıq vulkanının növbəti - 5-ci püskürməsini qeydə alıb. Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəqiqə davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki -“Zərnava” və “Qobustan” rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb. Mərkəzin məlumatına görə, bu vulkanın püskürməsi əvvəlki 1926, 1967, 1977, 2019-cu illərdə də müşahidə olunub. Bu vulkan həm seysmik və tektonik cəhətdən ən aktiv zonalardan birində yerləşir və buna görə də burada təkrar passiv püskürmələr müşahidə oluna bilər. Bir neçə gün öncə Şamaxıda zəif yeraltı təkanlar qeydə alınıb. Tektonik hərəkətlər prosesində Yer qabığında sıxılma və gərilmə gərginliklərin variasiyaları müşahidə olunur ki, bu da palçıq vulkanlarının aktivləşməsinə təsir göstərə bilər. Martın 8-də baş vermiş püskürmə zəif olaraq xarakterizə olunur və heç bir fəlakətli nəticələrə səbəb ola bilməz. Nigar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var