Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103840
az

Qarabağa köç edənlərin evləri satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR

09:0104 Mart, 2024
2068
REDAKTORUN SEÇİMİ
  • A
Məcburi köçkünlər üçün tikilən evlərin satışı dayandırlmayıb. Satış prosesinin ötən iyulun 1-dək sonlandırlması gözlənilsə də hələ də satılmayan, öz alıcısını gözləyən mənzillər var. Bu mənzillərin qiyməti mərtəbəsinə, otaq sayına, ölçülərinə görə fərqlənir. Məsələn, Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 min 450 manatla 61 min 790 manat arasında dəyişir. Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur. Ramana qəsəbəsində isə satışa çıxarılan, hələ bron edilməmiş, 67 min 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur. Milli.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Xəzər TV-yə müsahibəsində alıcısını gözləyən boş mənzillərin mövcudluğunu təsdiqlədi. Mənzilləri alan şəxslər tərəfindən dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və sahiblərinə təqdim olunur. Mənzillərin qiyməti isə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən edilib. O da bildirildi ki, bir il ərzində mənzillərin təxminən 18-19 faizi satılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü