Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103093
az

Azərbaycanda tanınmış alim vəfat etdi

22:0519 Fevral, 2024
1018
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanın tanınmış alimi, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Telman Əhməd oğlu Ağdamski bu gün səhər saatlarında vəfat edib.

 

Oxu24.com   xəbər verir ki, bu barədə onun qohumları məlumat veriblər. Bildirilib ki o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

 

Telman Ağdamski (Bədəlbəyli) 6 avqust 1936–cı ildə Ağdaşda anadan olub.

 

T.Ağdamski Ağdaş orta məktəbini bitirib (1943-1953), ADU-nun Kimya fakültəsində təhsil alıb (1953-1958). Tələbə olarkən Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlayıb (1957). Həmin institutun aspiranturasına daxil olub (1958), "Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1965). İnstitutun kiçik elmi işçisi olmuş, sonralar APİ-nin Analitik və fiziki kimya kafedrasında dosent (1967), Kimya fakültəsinin dekanı (1972-1981 illər) vəzifələrində işləyib. "İkivalentli nadir - torpaq elementlərinin tsiklopentadienil (arenil) metalkarbonilte-trahidrofuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri" mövzusunda dissertasiyasına görə kimya elmləri doktoru alimlik dərəcəsi alıb (1992). "Fiziki kimya" ixtisası üzrə professordur (1995). 18 aprel 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar müəllimi fəxri adına layıq görülmüşdü.

Qeyd edək ki, Telman Ağdamski Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin oğludur.

Allah rəhmət eləsin!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü