Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102832
az

DYP hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib

10:5515 Fevral, 2024
104
REDAKTORUN SEÇİMİ
  • A
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bu barədə "Report"a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə aşağı enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinin fevralın 18-dək davam edəcəyi gözlənilir: "Hazırda paytaxt ərazisində müşahidə olunan dumanı, eləcə də ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik. Xüsusilə, səfərə çıxan sürücülərə, yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu binalar sökülür  -  VİDEO
Aprelin 14-də keçirilən imtahanların nəticələri elan olunub
Belqorod vilayətində raket təhlükəsi elan edilib

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO