Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101481
az

Bu tarixdə Azərbaycanda güclü zəlzələ olacaq - Professordan AÇIQLAMA

13:3622 Yanvar, 2024
343
REDAKTORUN SEÇİMİ
  • A

Yanvarın 19-da axşam saat 22:05 radələrində Azərbaycanda zəlzələ baş verib. Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub. 

 

Zəlzələ dağıntı və itkilərə səbəb olmasa da, Kürdəmir və Şirvanda yerləşən evlərin divarında çatlar yaranmasına səbəb olub. 

Ertəsi gün Şirvan ərazisində yenidən zəlzələ qeydə alınıb. Bu dəfə maqnituda kiçik olsa da, sosial şəbəkələrdə yenidən təkanların ola biləcəyi barədə müzakirələr başlayıb.

Həqiqətən, yeni təkanlar daha böyük ola bilərmi?

Oxu24.com  xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev deyir ki, il ərzində hiss olunan zəlzələlərin olması qaçılmazdır:

"Zəlzələ geniş ərazini əhatə etdi və hiss olundu. Bakıda da bir neçə insan zəlzələni hiss etmişdi. 2023-cü ildə baş verən sonuncu zəlzələdən sonra dediyim kimi, 2024-cü il ərzində hiss olunan zəlzələlər baş verəcək. Nəinki Azərbaycanda, digər dünya ölkələrində də zəlzələlər olacaq. 2023-cü ilin sonlarında bu sözü demişdim. Məhz 2024-cü ilin ilk günlərində Yaponiyada zəlzələ baş verdi. Arxasınca isə sunami hadisəsi meydana gəldi və bir sıra dağıntılara səbəb oldu. Bu il ərzində aktivlik davam edəcək. Hətta mən 2024-cü ili superaktiv adandırıram. Bu, 2023-cü illə müqayisədə belədir. Aktivlik dövri xarakter daşıyır. Bu dövrilikdə yaşayırıq. Bu dövrilik adətən 10-15,20 il ərzində müşahidə olunur.  2025-ci ildə vəziyyətin necə olacağını isə bizə 2024-cü il göstərəcək. Dünyada və Azərbaycanda maqmatik və palçıq vulkanlarının püskürməsi də istisna deyil. Azərbaycanda palçıq vulkanları mövcuddur. Abşeron yarımadasının özündə, həm də dənizdə palçıq vulkanlarının püskürməsi ehtimal olunur. Buna səbəb isə yenə deyirəm ki, bu ilin tektonik, superaktiv kimi qeyd olunmasıdır. İnsanlar özlərini necə aparmaqla bağlı mütəmadi olaraq maarifləndirilməlidirlər. İlk növbədə panikaya və təşvişə düşməməlidirlər və titrəyişlərin gücləndiyini hiss etdikdə kandar qapısını açıq qoymalıdırlar ki, kilitlənməsin".

 

Q.Babayev zəlzələ nəticəsində Şirvanda bəzi evlərdə çatların yaranmasının səbəblərindən də danışıb:

"Binalara gəlincə bununla bağlı şərh verə bilmərəm. Çünki məsələyə xüsusi dövlət qurumları və təşkilatları cavabdehdir. Çat verən evlər yəqin ki, köhnə konstruksiyalı evlərdir. Seysmoloq kimi, deyə bilərəm ki, çatların səbəbi müxtəlif ola bilər. İlk növbədə evlərin yararlılıq müddəti bitib. Bəlkə də, yeni konstruksiyalar orada  ev sahibləri tərəfindən əlavə olunub. Ola bilər ki, bina hansısa qurumun ərazisinin üzərində tikilib və seysmik parametrlər vaxatilə nəzərə alınmayıb. Dəqiq  səbəbi bilmək üçün məsələ tədqiq və təftiş olunmalıdır". Versiyalardan biri ikisi əsas səbəblər kimi göstərilə bilər",

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var