Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101452
az

Azərbaycanla sərhəddə Fransa muzdluları

22:4221 Yanvar, 2024
114
REDAKTORUN SEÇİMİ
  • A

Fransanın  ölkəmizə qarşı əsl niyyətini ifşa edən bəyanat...
Nə qədər qəribə səslənsə də, Fransa indi  iki dövlətlə konfrantasiya həddindədir. Bu ölkələr Rusiya və Azərbaycandır...  

Fransa və Azərbaycan arasında aylardır davam edən diplomatik gərginlik artıq açıq ittihamlar mərhələsinə keçib və Senatın son anti-Azərbaycan qətnaməsindən sonra dünyanın bəzi nəşrləri də bu barədə yazır. 

Fransa prezidenti Emmanuel Makron sonuncu dəfə deyəsən, ötən ilin yayında(avqust) Azərbaycanın dövlət başçısına zəng edərək regiondakı vəziyyəti müzakirə etmişdi. Bundan sonra isə Makron qərəzli münasibətindən yenə əl çəkməmiş və hər fürsətdə Bakını “erməniyə təcavüzdə” ittiham edib. Bakıya zəngdən təxminən iki ay sonra verdiyi müsahibədə səsləndirdiyi ittihamlar isə münasibətlərin tezliklə normallaşmayacağının anonsu sayıla bilərdi. 

makron_11.jpg (283 KB)

Belə ki, Makron ötən ilin oktyabrında “France 2” telekanalına müsahibəsində ilk dəfə açıq şəkildə Bakı və Moskvanı Qarabağda birgə və razılaşdırılmış addımlar atmaqda suçlayan mövqe sərgilədi. İddia etdi ki, guya “Rusiya son iki ildə Azərbaycanın əlinə oynayıb, bir zamanlar yaxın olduğu Ermənistanı zəiflətməyə çalışıb” və sairə... Yəni az qala, Rusiyanın Azərbaycanla birləşərək, “bədbəxt Ermənistanı” zəiflətməyə çalışdığı yalanını ilk dəfə bu formada tirajladı. Zənnimicə, bu, Fransanın Azərbaycana qarşı əsl niyyətini və gələcək planlarını ifşa edən bəyanat idi.  Makronun və onun təmsli etdiyi Qərb koalisiyasının, müttəfiqi ABŞ-ın, NATO-nun Rusiya ilə düşmənçiliyinin səbəbi bəllidir.  Makron isə Azərbaycanı da Moskvanın yanına “qoşmaqla”  Qərbin gözündə yeni düşmən, “işğalçı” və hədəf göstərməyə çalışdı. Bu bəyanata həm Bakıdan, həm Rusiyadan ən yüksək səviyyədə reaksiyalar oldu. Prezident Əliyev daha sərt mövqe bildirdi, Makronun dediklərini küçə ifadələrinə bənzətdi. Amma görünən budur ki, Fransa hakimiyyətinə belə sərt sözlər təsir etmir, qərəz gözlərini elə örtüb ki, öyüd-nəsihətə qulaq verəcək halda deyillər. 

baku_more.jpg (266 KB)

Makron Ukrayna münaqişəsi yenicə başlayanda özünü vasitəçi, sülh göyərçini kimi sınadı, Putinlə Moskvada şəxsən görüşdü, tez-tez Kremlə zənglər etdi. Amma 2021-də Ermənistan və Azərbaycan arasındakı fəal diplomatiyası “daşa dəydiyi” kimi, Ukrayna vasitəçiliyi də alınmadı. Makron isə diplomatik uğursuzluğunun səbəbini özünün bacarıqsızlığında, qərəzli mövqeyində deyil, liderlərdə (indiki halda Putin və Əliyevdə) axtardığı üçün bu cür açıqlama verməklə uğursuzluğunu ört-basdır etmək istədi. İndi də eyni mövqedə qalmaqdadır.              

Fransa Azərbaycana qarşı qəbul etdiyi  sənəd təkcə “Ermənistana qarşı dəfələrlə təcavüzkar hərəkətlərinə görə Bakıya qarşı diplomatik tədbirləri görməyə” çağırmır, həm də “Aİ-nin Azərbaycanla münasibətlərinə tam şəkildə yenidən baxılmasını” tələb edir. Niyə? Bayaq dediyimiz məsələdir, Azərbaycanı Rusiya kimi izolyasiya etmək kimi axmaq niyyət güdürlər. Birincisi, Parisin Bakıya təsir rıçaqları yoxdur. İkincisi, avropalı tərəfdaşların iştirakı olmadan sanksiyalar heç vaxt Azərbaycana ciddi ziyan vura bilməz. Müvafiq olaraq, Brüsselin Fransa Senatının qətnaməsinin dəstəklənmək şans yoxdur. Bakı Avropaya qaz və neft tədarük edir və indi belə bir iqtisadi önəmli tərəfdaşı Brüssel erməniyə və Makronun şəxsi eqosuna görə itirməyi gözə almaz.  İkinci Qarabağ müharibəsi zamanı da Aİ ölkələri bitərəf qaldı və yalnız Fransa Ermənistanın tərəfini tutdu.    

447152813_0_100_1942_1192_2072x0_60_0_0_51ce872547ca3b4b5e8fd6f2ec8cc01a.jpg (213 KB)   

Məlumdur ki, yanvarın 18-də Rusiya Müdafiə Nazirliyi Xarkov şəhərində əsasən fransız muzdlulardan ibarət təxminən 60 nəfərin məhv edildiyi barədə məlumat yayıb. Üstəlik, Fransanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb, etiraz bildirilib.  Fransa Xarici İşlər Nazirliyi isə iddia edib ki, Ukrayna ərazisində muzdlu fransız əsgərləri yoxdur. Dünyanın bir çox ölkələrində muzdlu əsgər fəaliyyət qadağandır və Fransa da istisna deyil. Bu ölkədə də muzdlu döyüşçünü beş ilədək həbs və 75 min avroya qədər cərimə gözləyir.  Buna baxmayaraq, fransızlar bu  qanunda bilərəkdən “boşluqlar” saxlayıblar. Məsələn, muzdlu fəaliyyətə görə cəza haqqında qanun hərbi məsləhətçilərə və texniki heyətə, eləcə də Fransa ordusuna cəlb olunan legionerlərə şamil edilmir. Üstəlik, qanunun mətni elədir ki, məsuliyyətdən  yan keçmək çətin deyil. Fransanın müdafiə naziri  isə deyib ki, Ukrayna geyimində döyüşməyə gedən fransız mülki şəxslər var. “Biz demokratik ölkə olaraq onlara qadağa qoya bilmərik, çünki onların Fransa hərbi strukturları ilə heç bir əlaqəsi yoxdur” deyə, nazir bildirib. 

fransa army.JPG (67 KB)

İndi Ukrayna savaşı az qala yaddan çıxıb, Fransa və Rusiya muzdlulara görə qarşılıqlı ittihamları davam edirlər. Dövlət Duması Fransa parlamentinin hər iki palatasına müracət edib, fransızların onlara dəxli olmayan müharibədə ölməməyə, qanunsuz iştirakdan çəkinməyə çağırıb. Bir sözlə, Rusiya əlinə düşən fürsətdən Fransanın əsl mahiyyətini ifşa etməyə çalışır, yaxşı da edir.      

Rusiya üçün Azərbaycanla Fransa arasında  diplomatik qarşıdurmanın faydası nə ola bilər? Rusiya mediasında belə başlıqlı yazılara da rast gəlmək olar. Bəzi nəşrlər yazır ki, Fransanın başı Azərbaycanla “haqq-hesab”a qarışdığı zamanda Paris rusofobiya təbliğatından bir az ayrılacaq. Əgər Bakı Fransa şirkətlərinə qarşı sanksiya tətbiqinə keçsə, o zaman Rusiya neft şirkətləri “Total”ın Azərbaycanda boşalacaq yeri uğrunda mübarizə apara bilər. 

Yeri gəlmişkən, Fransa Azərbaycanla sərhədə də Avropa İttifaqının missiyası adı altında muzdlular artıq göndərmiş olmalıdır...

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü