Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101424
az

Üzücü xəbər gəldi:Azərbaycan ictimaiyyətinə ağır itki baş verdi

19:0021 Yanvar, 2024
892
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycan Texniki Universitetinin fəxri professoru, pedaqoji elmlər doktoru Müdafiə Cəmil oğlu Mahmudov vəfat edib.

 

Oxu24.com-un məlumatına görə, o, ürək tutmasından dünyasını dəyişib.

 

Qeyd edək ki, M.Mahmudov 1945-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisyan rayonunun Şıxlar kəndində anadan olub. Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun tətbiqi riyaziyyat şöbəsində kiçik elmi işçi (1968-1969) vəzifəsində işləyib. 1980-1989-cu illərdə həmin şöbədə baş elmi işçi, 1989-2006-cı illərdə Azərbaycan Texniki Universitetinin Ali riyaziyyat kafedrasında dosent, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyazi analiz kafedrasında dosent vəzifəsində işləyib. “Ali texniki məktəblərdə riyaziyyat kursunun nəzəri və praktiki istiqamətlərdə tədrisinin təkmilləşdirilməsi yolları və vasitələri” (2009) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun “Ali və orta ixtisas təhsilinin nəzəri problemləri” şöbəsində baş elmi işçi (2013-2014), “Müəllim hazırlığı kurikulumu” şöbəsinin müdiri (2014-2015) vəzifələrində işləyib.

2015-ci ildən Azərbaycan Texniki Universitetinin Riyaziyyat kafedrasının professoru olub. Dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabların və 200-ə yaxın elmi məqalənin müəllifidir. “Ukrayna-Azərbaycan dostluq körpüləri”, “Dnepropetrovsk Milli Universitetinə sədaqətli xidmətinə görə” medallarına və Ukrayna Milli Elmlər Akademiyasının akademiki V.İ.Mossokovski adına fəxri medala layiq görülüb. 2020-ci ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı