Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101339
az

Kamran Əliyev: "Binəqədidə baş verən yanğının səbəbi ilə bağlı bir neçə versiya var"

12:2220 Yanvar, 2024
104
REDAKTORUN SEÇİMİ
  • A

Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri aparılır.

Oxu24.com-un xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var: "Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir".

Baş prokuror bildirib ki, cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qaydada Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı da məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırda istintaq davam edir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü