Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101214
az

Pensiyaçılara ŞAD XƏBƏR! Bu tarixdə artımla KÖÇƏCƏK: MƏBLƏĞ

23:1917 Yanvar, 2024
277
REDAKTORUN SEÇİMİ
  • A

Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayının əvvəlində ilin orta aylıq əmək haqqına artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu 10,8 faiz artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə dünən ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11,2 faiz artdığını bəyan edib.

2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılacaq. Dövlət Statistika Komitəsinin bu gün yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb.

Bəs pensiyalar neçə faiz artacaq?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Referans.az-a açıqlamasında bildirib ki, hazırda pensiyalarda neçə faizlik bir artımın olacağını demək çətindir:

“10,8 faizlik indeksasiya artırılacağını bildirir. Rəqəm olaraq bu hər pensiyaçının aldığı pensiyadan asılı olacaq. Təqaüdlərin təqribən 11 faizlik artımı gözlənilir. Bunu manat ifadəsində söyləmək çətindir, çünki hər bir pensiyaçının aldığı təqaüdlər fərqlidir. Belə desək, 300 manat alan da var, 1000 manat alan da var. Təqaüdlərin məbləğindən asılı olaraq onların indeksləşməsi təqribən 10-11 faiz civarında baş verəcək. Təqaüdlərin özünün ana məbləğindən asılı olaraq da manat ifadəsində artımı görəcəyik”.

Ətraflı

Ekspert qeyd edib ki, bununla bağlı Nazirlər Kabinetinin və ya hökumətin qərarı olmalıdır. Onun sözlərinə görə, həmin qərar çıxandan sonra təqaüdlərin hansı hissəsinə və nə qədər artım olunacaq bu o zaman daha aydın bilinəcək.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə bildirir ki, 2023-cü ilin orta aylıq əmək haqqı məbləğində məhbu qədər artımın qeydə alınacağını gözlənilir:

“Dövlət Sosial Müdafiə Fondu pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq əmək haqqısındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq əmək haqqındakı rəsmi artım aylıq olaraq 11 faizdən çox olub. Bununl yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq. Həmin zaman orta aylıq əmək haqqında illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq”.

Deputat qeyd edib ki, artımların nə zaman ödəniləcəyi ilə bağlı sualımıza isə cavab olaraq bildirib ki, 2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Onun sözlərinə görə, pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək: “Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq. indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur”.

“Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq – deyə Vüqar Bayramov əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı