Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101210
az

1 Qaşıq SODA görün hansı xəstəlikləri sağaldır - VİDEO

22:2517 Yanvar, 2024
443
REDAKTORUN SEÇİMİ
  • A

“Soda” sözünü eşitdikdə, yəqin ki hamınızın gözünün önünə narıncı rəngdə bu bağlama gəldi. Bəli, elə həmin sodadan danışırıq bu gün. Soda tibbi baxımdan əhəmiyyətlidir. Onun faydalı xüsusiyyətləri qədim zamanlardan məlumdur. Lakin bu maddənin daxilə qəbulu zamanı bəzi məqamlara diqqət etməlisiz. Yoxsa orqanizmə zərər verə bilər. Sodadan müalicə vasitəsi kimi istifadə etmisinizmi? Faydasını görmüsünüzmü? Zəhmət olmasa elə indi şərh bölümünə yazın. Mən də onun faydaları və zərərlərindən danışım. 
Çay sodası adlandırdığımız natrium hidrokarbonatdan (NaHCO3) məişətdə geniş istifadə olunur. Daha çox şirniyyat məmulatlarının hazırlanmasında istifadə edilən sodanın tibbi-müalicəvi xüsusiyyətləri çoxdur. Məsələn boğaz ağrısını azaldır. Bu üsul qədim zamanlardan məlumdur. Yəqin ki, ən kiçik qıcıqlanmada ananızın və ya nənənizin sizi isti soda məhlulu ilə qarqara etməyə göndərdiyini xatırlayırsınız. Sodanın antibakterial xüsusiyyətlərinə görə, bu üsul, həqiqətən, ağrıları azaltmağa kömək edir. Ancaq  bilməlisiniz ki, angina zamanı soda kömək etməyəcək.
Öskürək. Soda ilə inqalyasiya bəlğəmin çıxarılmasına, boğazın yumşaldılmasına kömək edir. O da məlumdur ki, öskürək zamanı bir çimdik soda qatılmış ilıq süd içməyə dəyər.
Mədədə yanma hissi. Xoşagəlməz yanma hissi baş verən anda əlinizin altında dərman yoxdursa, qida sodası kömək edəcəkdir. Qələvi turşunu tez neytrallaşdıracaq və rahatlıq gətirəcək.  Bunun üçün: ½  çay qaşığı  sodanı 1 stəkan ilıq suda həll edin və kiçik qurtumlarla için.
Ağız boşluğunda problemlər. Soda ilə qarqara diş ətinin iltihabını azaldacaq, stomatiti və diş ağrılarını aradan qaldıracaq. Diş iltihabı zamanında soda ilə qarqaralar çox yaxşı kömək edir. 1 çay qaşığı sodanı 1 stəkan suda həll edib qarqara edin.
Sümük və əzələ hərəkətlərində əhəmiyyətli olan turşu miqdarından artıq yığılanda ödəm əmələ gəlir. Bu ödəm faydalı olan turşunu zərərli hala gətirir. Sodalı su bu balansı düzəldərək hüceyrələrin deformasiyasının qarşısını alır. Xərçəngin yaranmasını əngəlləyir.
Qusma və zəhərlənmə. Zəhərlənmələr, ishal və qusmalar zamanı sodalı su qəbulu orqanizmi zərərli maddələrdən təmizləyir, bədənin itirilmiş su ehtiyatını bərpa edir.
Helmintozlar. Bəzi alimlər əmindirlər ki, qida sodası imalələri insan bağırsaqlarında yaşayan parazitləri öldürə bilər.
Göbələk xəstəlikləri.  Sodanın, xüsusilə, kandidozların öhdəsindən gələ bildiyinə inanılır.
Soda orqanizmdə olan artıq mayeni xaric edir və ona görə də hipertoniyada tətbiq edilir. Sodanın hipertoniya əleyhinə dərmanlarla birgə qəbulu müsbət səmərə verir və dərman dozalarının azaldılmasına yardımçı olur.
Tərdən pis qoxu gəlirsə, hamamda yuyunanda qoltuqaltı nahiyələrə və ayaq altına soda çəkmək olar. Ayaqqabıdan pis qoxu gələndə onun içini soda ilə sürtmək və ya soda səpib müəyyən müddət saxlamaq lazımdır.
İşdən axşam gəldiyiniz zaman yorğunsunuzsa, isti sodalı su vannası ilə ayaqlarınızı vanna eləsəniz yorğunluğunuz dərhal gedəcək.
Zərərləri: 
Faydalarını saymaqla bitirə bilmədiyimiz sodanın zərərləri də var, bəli! Ümumiyyətlə, dünyada tamamilə zərərsiz heç nə yoxdur. Məsələn;  yerkökü təhlükəsiz bir məhsul kimi görünür. Amma axtarsaq, dünyada mütləq bu tərəvəzə allergiyası olan bir insan tapılacaq. 
Əlbəttə ki, düzgün istifadə edildikdə, qida sodasının sizə zərər verməsi ehtimalı azdır. Həkimin təyin etdiyi dozalara və reseptlərə ciddi əməl etsəniz, müalicə fayda verəcəkdir. Soda qəbul etməyə başlamazdan əvvəl ona allergiyanızın olub-olmadığını yoxlayın. Hər şey qaydasındadırsa, yenə də, bilin ki, bəzi hallarda sodadan uzaq durmaq məsləhətdir: 
-hamiləlik;
-laktasiya; 
Bu iki halda sodadan yalnız ağız boşluğunu yaxalamaq üçün istifadə edilə bilər. Bundan əlavə, həkimlərin “soda ilə ehtiyatlı olmalı” dediyi vəziyyətlər də az deyil: 
qastrit və mədə xorası; 
hipertoniya; 
şəkərli diabet; 
aritmiya; 
Yadda saxlamaq lazımdır ki,  sodalı su ilə heç bir dərman preparatı qəbul etmək olmaz!  Həmçinin, əgər allergiyanız varsa, soda sağlamlıq üçün faydalı olmaq yerinə, qaşınmalara, səpkilərə, öskürəyə, şişkinliklərə səbəb ola bilər.  Simptomlardan hər hansı biri hiss edilərsə, soda ilə müalicə həmən dayandırılmalıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü