Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101092
az

Azərbaycan səsini Messiyə verdi - ADLAR

10:3716 Yanvar, 2024
282
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi, Argentina yığmasının və ABŞ-ın “İnter Mayami” klubunun superulduzu Lionel Messi ötən gün FİFA-nın “The Best” mükafatına layiq görülüb.

 

Oxu24.com  xəbər verir ki, onun bu mükafatı alması birmənalı qarşılanmayıb. 

Əksər futbol azarkeşləri bunu haqsızlıq hesab edib. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti mükafatın ötən il “Mançester Siti” ilə Çempionlar Liqasının qalibi olan Erlinq Holanda verilməli olduğunu bildirib. 

Həmçinin dünya mediası da bu seçimi qeyri-adi adlandırıb. Hətta Lionel Messi özü də seçilməyəcəyini düşündüyü üçün tədbirə qatılmayıb. 

Daha sonra dünya mediasında argentinalı forvarda səsverən ölkələrin adları gündəm olub. FİFA üzvü olan 190 ölkədən yalnız 35-i Leonu bu ada layiq görüb. 

Onlar isə aşağıdakı ölkələrdir: Əfqanıstan, Albaniya, Anqola, Aruba, Avstriya, Burundi, Kayman Adaları, Çili, Tayvan, Konqo, Konqo DR, Kuk adaları, Kipr, Dominikan Respublikası, Efiopiya, Cəbəllüttariq, Yunanıstan, Honduras, Yamayka, Livan, Lesoto, Liviya, Malavi, Maldiv adaları, Mali, Moldova, Monserrat, Seyşel adaları, Sloveniya, Solomon adaları, Sudan, İsveç, Türkiyə, Uruqvay, Vanuatu və Azərbaycan.

Maraqlıdır ki, tədbirdə qonaq olan Norveç yığmasının forvardı Erlinq Holand özü də seçimə təəccüblənib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu
Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı