Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100246
az

Vəkilin intihar səbəbi BİLİNDİ - Dostundan ŞOK AÇIQLAMA

23:3001 Yanvar, 2024
879
REDAKTORUN SEÇİMİ
  • A

Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.

 

Oxu24.com-un  məlumatına görə, Vəkillər kollegiyasının yanında özünü yandıraraq intihar edən Salyan vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı (1987-ci il təvəllüdlü) Z.Məmmədov subay olub. Ailənin kiçik övladı olan Zaur ailədə 2 qardaş bir bacıdılar. Hacıqabul şəhəri M.F.Axundov küçəsi, ev 78 ünvanında qeydiyyatda idi.


Qardaşı Seymur Məmmədov APA-ya bildirib: “Dünən atam onunla telefonla danışıb. Atam dedi ki, bayramdı gəl bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi”.

İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd etdi.

***

Xəbər verdiyimiz kimi, Bakıda vəkil özünü yandıraraq öldürüb. Hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının yanı) qeydə alınıb. Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb. Zaur Məmmədov vəkil mantiyasını geyinərək intihar edib.

Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Musavat.com xəbər verir ki, vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib.

"Sonuncu dəfə cümə günü whatsapp vasitəsilə danışmışam. Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10.000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini dedi" - o, paylaşımda qeyd edib.

Aşur Bədəlsoy bildirib ki, Zaur Məmmədov çarə tapmadığını və özünü yandıracağını deyib:

"Səhəri gün müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb
Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü