Bəzən "Soyuqdəymədir, keçər” dediyimiz öskürəklər həftələrlə davam edir. Əslində öskürəyin davam etmə müddəti xəstəliyin ciddiliyi haqda bizə məlumat verir. Məsələn, aylarla davam edən öskürək orqanizmdə nələrinsə düzgün getmədiyini göstərir. Bəs bu zaman biz nə etməliyik? Tez gedib dərmanmı alaq? Yox sakit olun. İndi dediklərimə diqqətlə qulaq asın.
Çox adam xəstəlik yeni başlayanda öskürək əleyhinə qəbul olunan dərmanlar alır. Düşünür ki, xəstəlik irəliləmədən vaxtında tədbir görmək ən doğru addımdır. Lakin həmin dərmanlar xəstəliyin gedişatını süni olaraq uzadır. Orqanizm ona daxil olan virusu bəlğəm vasitəsiylə bədəndən qovmaq istəyəndə ona təbii vasitələrlə kömək etmək lazımdır. Əgər öskürək əzabvericidirsə, onu yumşaldan vasitələr tətbiq edilməlidir. Bu gün məhz həmin vasitələrdən danışacam.
Yəni öskürmək əsnəmək kimi adi bir hərəkət olaraq qəbul edilməməlidir. Öskürəyi yaradan səbəblər aradan qaldırılınca öskürək də sona çatar. Qrip mövsümündə öksürəyi burun axıntısı yaradır. Burundakı selik gənziyə sıçrayır, orada qıcıqlanma baş verir, insan öskürür. Üst tənəffüs sistemindəki infeksiyalar da gənziyi qıcıqlandırır, öskürəyə səbəb olur. Əgər vəziyyət belədirsə, bol-bol maye içmək, məsələn, isti kompot, süd içmək faydalıdır.
Öskürəyin müalicəsində xalq təbabəti həmişə işə yarayıb. Bu səbəblə sizə Herba Flora şirkətinin Bronxonat şərbəti və TeaBronx çayını tövsiyə edirik. Hər iki məhsul traxeit, kəskin və xroniki bronxit, pnevmoniya və göy öskürəyin müalicəsində yanaşı olaraq köməkçi vasitə kimi çox gözəl effektə malikdir.
Məhsulların tərkibindəki dəvədabanı, bağayarpağı, şirin biyan kökü aşağı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı tənəffüs yollarındakı qatı bəlğəmi durulaşdırır, bəlğəmin xaric olunmasını asanlaşdırır. Şirin biyan kökü bronxial astma, göyöskürək kimi tənəffüs sistemi xəstəlikləri zamanı uzunsov beyindəki tənəffüs mərkəzinin, beyin yarımkürələri qabığındakı öskürək mərkəzinin qıcıqlanmasının önünə keçir, öskürək əleyhinə təsir edir.
Bronxonat şərbətinin tərkibində allergiya əleyhinə güclü təsir göstərən Bənövşə otu da var. Bənövşə otu allergik fonda baş verən bronx spazmına da müsbət təsir göstərir. Məhsul immuniteti də yüksəldir. Bronxonat şərbəti Teabronx çayını Aptek və Fito Clublardan əldə edə bilərsiniz.
Bu tədbirlər həyata keçirildi, amma öskürək kəsmədi? O zaman virus və bakteriya səbəbiylə yaranan öskürəkdən şübhələnməyə dəyər. Bunlar da qorxulu deyil. Çünki virusun və bakteriyanın əleyhdarı olan vasitələr istifadə edildikdə, keçib gedir.
Bir az da öskürəyin təbii müalicə üsullarının təsirlərindən danışaq… Öskürək dərmanlarının əksəriyyəti öskürəyi qısa müddətdə kəsməyə hesablanıb. Beləcə, bəlğəm üzə çıxmır, dərində qalır. Lakin öskürək orqanizmin, bir növ, təmizlənmə metodudur. Virus, bakteriya, bəlğəm-hamısı öskürəklə bədəndən xaric olunur. Öskürəyi qəfil dayandırmaq deyil, bəlğəmi yumşaltmaq, təmizlənməsinə nail olmaq məqsədin əsasını təşkil etməlidir.
Öskürəyə yaxşı təsir edən üsullar müxtəlif xəstəliklər səbəbindən yaranan öskürəyi azaltmaq, boğaz ağrısını yüngülləşdirmək və bəlğəmi daha asan atmaq üçün geniş istifadə edilən üsullardır. Ancaq bu təbii həll təkliflərinin hamısı hər kəs üçün uyğun olmaya bilər. Məsələn, mədə yarası və ya reflyuks kimi bir narahatlığınız varsa, öskürəyi aradan qaldırmaq üçün çiy sarımsaq və ya acı istiot yemək faydadan çox zərər gətirə bilər. Bu kimi problemləri qarşısını almaq üçün hər hansı bir xəstəliyiniz varsa indi təqdim edəcəyim üsulları sınamazdan əvvəl həkimlə məsləhətləşin.
Bal: Boğaz ağrısı və öskürəkdə ən çox istifadə edilən üsul bal və limon qarışığıdır. 1 böyük stəkan ilıq suya 1 yemək qaşığı bal və yarım limonun suyunu əlavə edib yaxşıca qarışdırın. Bu qarışığı öskürək şiddətləndikcə yavaş-yavaş içə bilərsiniz. Bal stəkanın dibinə çökərsə, təkrar qarışdırmağı unutmayın.
Kəklikotu çayı: Kəklikotu çayı astma, bronxit, qrip və yuxarı tənəffüs yolu infeksiyalarına bağlı olaraq görülən öskürək üçün təsirli məlhəmdir. Kəklikotu çayı sadəcə, öskürəyi yüngülləşdirməklə qalmır eyni zamanda, öskürərkən tez-tez sıxılan və bu səbəblə ağrı verən əzələlərin yumşalmasına da yardımçı olur. Çayı hazırlamaq üçün 2 çay qaşığı kəklikotunu 1 böyük stəkan qaynamış suya əlavə edin və 6-7 dəqiqə dəmləyin. Dəmləmə müddətini uzatdıqca çayın dadı daha da qüvvətlənir.
Zəncəfil çayı: 1 böyük stəkan çay hazırlamaq üçün 3-4 ədəd nazik dilim zəncəfilə ehtiyacınız var. Zəncəfil dilimlərini suya əlavə etdikdən sonra qaynadın və su qaynadıqdan sonra ocaqdan götürün və 10 dəqiqə daha dəmlənməsini gözləyin. Boğazınızı yumşaltmaq və öskürəyi azaltmaq üçün gündə 3-4 stəkan için. Çayınızı balla şirin edə və C vitamini möhkəmlətməsi üçün bir neçə damcı limon suyu əlavə edə bilərsiniz.
Oxu24.com
ŞƏRHLƏR