Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99987
az

Katarkt xəstəliyini ləngidən sadə üsullar

15:0028 Dekabr, 2023
218
  • A

Mütəxəssislər təhlükəli katarakta xəstəliyinin inkişafını ləngidən sadə üsulları açıqlayıblar.

OXU24.COM  xəbər verir ki, katarakta xəstəliyinin inkişafını yavaşlatmağa və uzun illər aydın görmə qabiliyyətini qorumağa kömək edən bir neçə sadə profilaktika üsulu var.

1. Günəşdən qorunma

Zərərli ultrabənövşəyi şüaların qarşısını alan papaq və dəbli gün eynəkləri taxın. Bu, gözlərinizi günəşin zərərindən qorumaq üçün sadə, lakin təsirli bir üsuldur.

2. C vitamini

Bolqar bibəri, sitrus meyvələri, çiyələk və brokoli kimi C vitamini ilə zəngin qidaları qida rasionunuza daxil edin. Tədqiqatlar göstərir ki, bu vitaminin təbii qidalardan alınması göz sağlamlığını qorumaq üçün onu əlavə şəklində qəbul etməkdən daha yaxşıdır.

3. Tərəvəzlər

Tərəvəz yeyin, çünki onlar katarakta inkişaf riskini azalda bilər. Yaşıl yarpaqlar, yerkökü, brokkoli həm də görmə qabiliyyətinə yaxşı gəlir.

4. Fiziki fəaliyyət

Gəzinti kimi müntəzəm orta məşq qan damarlarını və göz toxumalarını sağlam saxlamağa kömək edir. Bu, fəaliyyəti həyat tərzinizə daxil etmək üçün əlavə səbəbdir.

5. Multivitaminlər

Multivitamin qəbulu kataraktanın inkişafına qarşı əlavə qorunma təmin edə bilər. 

6. Stressin idarə edilməsi

Stressin idarə olunmasının əhəmiyyətini unutmayın. Məsələn, saqqız çeynəmək stress səviyyələrini azaltmağa kömək edə bilər ki, bu da öz növbəsində qan şəkərinin səviyyəsinə nəzarət etməklə və oksidləşdirici stressi azaltmaqla göz sağlamlığına fayda verə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng yaradan əsas qidadır - Hər kəs bəh-bəhlə yeyir: Onkoloq xəbərdarlıq etdi
Yeni virusun Azərbaycanda yayılma ehtimalı yüksəkdir: Necə qorunmaq olar? -VİDEO
"Azərə imtina cavabı gəldi, bu onu çökdürdü"

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+