Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini Rusiyaya səfərə dəvət edib.
Oxu24.com xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Putin Kremldə Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri Subrahmanyam Caişankar ilə görüşüb.
“Biz dostumuz cənab Baş nazir Modini Rusiyada görməkdən şad olarıq .Xahiş edirəm, ona ən xoş arzularımı çatdırın”, - deyə Putin deyib.
O əlavə edib ki, səfər zamanı bütün cari məsələləri müzakirə etmək, Rusiya-Hindistan münasibətlərinin inkişaf perspektivləri barədə danışmaq mümkün olacaq.
Prezidentin sözlərinə görə, o, başa düşür ki, gələn il Hindistanda daxili siyasi təqvim çətin və mürəkkəbdir. O, həmçinin Hindistandakı dostlarına uğurlar arzulayıb və ümidvar olduğunu bildirib ki, siyasi qüvvələrin hər hansı birləşməsi zamanı ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələri qalacaq.
Bir müddət əvvəl baş nazirin müavini Aleksandr Novak bildirib ki, Çin və Hindistan neft və neft məhsullarının ixracında Rusiyanın əsas tərəfdaşlarına çevrilib. Onun sözlərinə görə, əgər əvvəllər Rusiya Federasiyası Hindistanı demək olar ki, enerji resursları ilə təmin etmirdisə, iki il ərzində bu ölkənin ixracatdakı payı 40%-ə yüksəlib.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR