Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna əsgərləri güllələnib

DÜNYA

263

27.12.2023, 20:25

Telegram kanallarında Rusiya hərbçilərinin Zaporojye vilayətində əsir götürülmüş Ukrayna Silahlı Qüvvələrinin üç əsgərini güllələdiyi video yayılıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Meduza yazır.

 

Təxminən 50 saniyəlik video yuxarıdan lentə alınıb.

 

Burada üç nəfərin yerdə diz çökməsi əks olunub, eyni zamanda müxtəlif forma geyinmiş insanlar bir neçə metr məsafədən onlara atəş açır.


Ukrayna Baş Prokurorluğu müharibə qanunlarının və adətlərinin pozulması ilə bağlı araşdırmaya başladığını bildirib.

 

İstintaqın məlumatına görə, Rusiya hərbçiləri 2023-cü ilin dekabrında Zaporojye vilayətinin Rabotino kəndi yaxınlığında üç ukraynalı əsgəri əsir götürüb və bir saat sonra güllələyiblər.

 

Meduza xatırladır ki, dekabrın əvvəlindən bu, rus əsgərlərinin əsir götürülmüş Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini öldürdüyü iddia edilən ikinci videodur.

 

2023-cü il dekabrın 2-də Donetsk vilayətinin Stepnoye kəndi yaxınlığında çəkildiyi iddia edilən iki əsgərin öldürülməsi ilə bağlı video ortaya çıxdı.

 

Dekabrın 14-də “Azadlıq” radiosu Rabotin yaxınlığında lentə alındığı və guya rus əsgərlərinin silahsız insanları, ehtimal ki, ukraynalı əsirləri canlı qalxan kimi istifadə etdiklərini göstərən bir video yayımladı. Bundan sonra onların başına nə gəldiyi məlum deyil.

 

Müəllif: Nigar