Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99866
az

Təbii qazdan istifadə ilə bağlı əhaliyə RƏSMİ MÜRACİƏT

20:5325 Dekabr, 2023
152
CƏMİYYƏT
  • A

Baş Prokurorluq təbii qazdan istifadə edən əhaliyə müracət edib.

 

Prokurorluqdan verilən məlumata görə, müraciətdə deyilir:

 

“Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin. İşığı yandırmaq və söndürmək olmaz. Hər iki halda qığılcım əmələ gəlir.

 

- Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.

 

- Qaz cihazlarından istifadə edərkən əvvəl kibriti və ya digər alışqanı yandırın sonra qaz kranını açın.

 

- Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin.

 

- Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın və işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin, mənzilin havasını dəyişdirib 104 №-li telefonla qəza dispetçer xidmətinə müraciət edin.

 

- Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın.

- Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101-112 nömrəli telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 nömrəli telefonla isə qaz qəza dispetçer xidmətlərinə xəbər verin.

 

- Mənzildə olan tüstü bacalarının ildə bir dəfə qış mövsümündən əvvəl təmizlənməsini təmin edin.

 

Qaz cihazlarından istifadə zamanı qadağan edilir:

 

- Qaz cihazları üzərində paltar və ya diğər alışa bilən əşyaların qurudulması;

 

- Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması. Məsələn kimyəvi tərkibli təmizləyici vasitələr.

 

Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız!”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər